Icma.az
close
up
RU
Davosdan sonrakı dünya

Davosdan sonrakı dünya

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Davos Forumu qlobal güc balansının, təhlükəsizlik arxitekturasının və normativ beynəlxalq nizamın transformasiyasının ideoloji laboratoriyasına çevrilib. Post-liberal beynəlxalq sistemin formalaşdığı mövcud mərhələdə Davos diskursları qlobal elitaların yeni prioritetlərini, risk qavrayışlarını və strateji adaptasiya mexanizmlərini aydın şəkildə ortaya qoyur. Son Davos müzakirələrinin əsas xətti qlobal sabitliyin parçalanması, regional münaqişələrin sistemli xarakter alması və böyük güclərin açıq hegemonluq davranışına qayıdışı ilə səciyyələnir.

“Soyuq müharibə”dən sonra formalaşmış liberal beynəlxalq nizam uzun müddət universal model kimi təqdim olunsa da, onun struktur dayaqları artıq tədricən aşınma mərhələsinə daxil olub. Çoxtərəflilik mexanizmlərinin qərarvermə effektivliyini itirməsi, beynəlxalq hüququn selektiv tətbiqi və iqtisadi qarşılıqlı asılılığın siyasi təhlükəsizlik zəmanəti yaratmaq qabiliyyətinin zəifləməsi sistemin daxili paradokslarını açıq şəkildə üzə çıxarır. Qlobal idarəetmə institutlarının böhranı normativ legitimliyin eroziyası deməkdir.

ABŞ-ın strateji davranışında müşahidə olunan transformasiya bu dəyişimin aydın indikatorudur. “Soyuq müharibə”dən sonra Vaşinqton beynəlxalq sistemdə “normativ lider” rolunu oynayaraq demokratiya ixracı, azad bazar prinsipləri və institusional çoxtərəflilik üzərindən hegemonluğunu legitimləşdirməyə çalışırdı. Lakin son onillikdə bu yanaşma yerini daha praqmatik, maraq mərkəzli və açıq güc siyasətinə əsaslanan strategiyaya verib. Eyni zamanda, Çin və Rusiya liberal hegemonluğun yaratdığı boşluqları strateji fürsət kimi qiymətləndirərək alternativ güc mərkəzləri formalaşdırmaq xəttini gücləndirirlər. Çin iqtisadi ekspansiya, texnoloji standartların ixracı və infrastruktur layihələri vasitəsilə təsir coğrafiyasını genişləndirir, Rusiya isə daha çox klassik güc balansı məntiqinə əsaslanan hərbi-siyasi təsir mexanizmlərini ön plana çıxararaq regional təhlükəsizlik arxitekturasını yenidən dizayn etməyə çalışır.

* * *

Yaxın Şərq uzun müddət beynəlxalq sistemdə “qeyri-sabitlik zonası” kimi qəbul edilsə də, son mərhələdə bu regionun funksional mahiyyəti köklü şəkildə dəyişib. Əgər əvvəlki dövrlərdə münaqişələr daha çox lokal aktorların daxili siyasi, etnik və ideoloji ziddiyyətləri çərçivəsində izah edilirdisə, hazırkı mərhələdə Yaxın Şərq böyük güclərin struktur rəqabətinin sınaq laboratoriyasına çevrilib. Region artıq qlobal güc balansının formalaşdığı, enerji təhlükəsizliyinin yenidən dizayn edildiyi və beynəlxalq ticarət axınlarının həssas nöqtələr üzrə nəzarət altına alındığı strateji düyün rolunu oynayır.

Qırmızı dəniz və Hörmüz boğazı ətrafında artan təhlükəsizlik riskləri Yaxın Şərqin qlobal iqtisadi sistem üçün nə dərəcədə kritik tranzit zonası olduğunu bir daha sübut edir. Burada yaranan hər hansı destabilizasiya qlobal inflyasiya təzyiqləri, sığorta bazarlarında risklərin artması və təchizat zəncirlərinin gecikməsi kimi çoxşaxəli nəticələr doğurur.

ABŞ-ın Yaxın Şərq strategiyası son illər formal olaraq “resursların Asiya–Sakit okean regionuna yönəldilməsi” ilə səciyyələnsə də, praktik reallıq Vaşinqtonun regiondan tam çəkilməsinin mümkün olmadığını göstərir. Enerji marşrutlarının təhlükəsizliyi, İsrailin strateji müdafiəsi və İranın təsir radiusunun məhdudlaşdırılması ABŞ üçün struktur xarakterli prioritetlər olaraq qalır. İran isə klassik dövlətlərarası güc balansından fərqli olaraq asimmetrik təsir arxitekturası quraraq regional davranışını optimallaşdırır. Qarşıdurmanın ən təhlükəli tərəfi onun institusional nəzarət mexanizmlərindən kənarda formalaşmasıdır. Regional balansı tənzimləyən effektiv təhlükəsizlik platformalarının olmaması eskalasiyanı idarəolunan mexanizmdən spontan və situativ qərarların nəticəsinə çevirir.

* * *

Ukraynada davam edən müharibə isə Avropada İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik nizamının struktur böhranıdır. NATO-nun genişlənməsi ilkin mərhələdə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi kimi təqdim edilsə də, strateji müstəvidə bu proses Rusiya tərəfindən təhlükəsizlik dilemması prizmasından qəbul edildi və qarşılıqlı etimadsızlıq spiralını dərinləşdirdi. Alyansın Şərqi Avropada hərbi mövcudluğunu artırması balanslaşdırma reaksiyasını stimullaşdırdı və regionu geosiyasi tampon zonadan birbaşa qarşıdurma xəttinə çevirdi.

Avropa ölkələrinin sürətlə hərbiləşməsi və müdafiə xərclərinin kəskin artımı normativ güc konsepsiyasının faktiki aşınmasını göstərir. Avropa İttifaqı uzun müddət beynəlxalq münasibətlərdə hüquq, institutlar və yumşaq güc vasitəsilə təsir göstərən aktor kimi mövqelənmişdi. Lakin müharibə şəraitində normativ arqumentlər təhlükəsizlik təminatı yaratmaq qabiliyyətini itirir və klassik güc siyasəti yenidən dominant alətə çevrilir.

* * *

Avropa İttifaqının son onillikdə intensiv şəkildə gündəmə gətirdiyi “strateji avtonomiya” konsepsiyası mahiyyət etibarilə Avropanın müstəqil təhlükəsizlik subyekti kimi formalaşmaq iddiasını əks etdirirdi. Lakin real təhlükəsizlik böhranı bu ideyanın institusional və siyasi məhdudluqlarını açıq şəkildə ortaya qoydu. Ukrayna müharibəsi fonunda Avropa dövlətlərinin əsas təhlükəsizlik refleksi yenidən NATO-ya yönəldi və kollektiv müdafiənin real təminatçısı olaraq alyansın alternativsizliyi təsdiqləndi. Üzv dövlətlərin təhlükəsizlik prioritetləri, tarixi təcrübələri və geosiyasi risk qavrayışları arasında ciddi fərqlər mövcuddur. Şərqi Avropa ölkələri üçün əsas təhlükə Rusiya faktorudur, Cənubi Avropa üçün miqrasiya və Aralıq dənizi sabitliyi, Qərbi Avropa üçün isə strateji balans və iqtisadi dayanıqlıq ön plandadır. Parçalanmış təhlükəsizlik qavrayışı vahid Avropa müdafiə identitetinin formalaşmasını struktur səviyyədə məhdudlaşdırır.

NATO-nun dominant təhlükəsizlik platforması olaraq mövqeyini gücləndirməsi Avropanın hərbi planlaşdırmasını faktiki olaraq transatlantik çərçivəyə bağlayır. Paradoksun digər tərəfi ondan ibarətdir ki, Avropa təhlükəsizlik sahəsində ABŞ-a daha çox bağlandıqca, özünü qlobal aktor kimi təqdim etmək imkanlarını azaldır. Transatlantik asılılığın dərinləşməsi, eyni zamanda, Avropa daxilində siyasi bölünməni gücləndirir. ABŞ-la münasibətlərdə daha sıx inteqrasiyanı müdafiə edən dövlətlərlə Avropanın strateji müstəqilliyini prioritet sayan aktorlar arasında konseptual uçurum yaranır. Belə bir konfiqurasiya Avropanın qlobal sistemdə parçalanmış identitetini daha da dərinləşdirir.

* * *

Mövcud beynəlxalq sistemin institusional böhranı BMT Təhlükəsizlik Şurasının funksional iflicində özünü aydın şəkildə göstərir. Veto mexanizminin siyasi alətə çevrilməsi, böyük güclər arasında konsensusun minimuma enməsi və qərarların icra mexanizmlərinin zəifləməsi qlobal təhlükəsizlik idarəçiliyinin legitimliyini ciddi şəkildə aşındırıb. Bu kontekstdə regional təhlükəsizlik mexanizmlərinin, qeyri-formal dialoq platformalarının və çevik koalisiya modellərinin aktuallaşması müşahidə olunur.

Sülh Şurası ideyası məhz bu legitimlik boşluğunu doldurmaq cəhdi kimi ortaya çıxır. Konseptual baxımdan bu təşəbbüs preventiv diplomatiyanın gücləndirilməsi, erkən xəbərdarlıq mexanizmlərinin institusionallaşdırılması və münaqişələrin eskalasiyaya keçmədən idarə olunması məqsədi daşıyır. Lakin real güc siyasətinin dominant olduğu mövcud geosiyasi mühitdə bu cür strukturların təsir imkanları obyektiv məhdudiyyətlərlə üzləşir. Böyük güclərin strateji maraqları normativ mexanizmlərdən daha üstün mövqedə dayanır və qərarvermə prosesində hüquqi arqumentlər çox zaman siyasi məqsədlərə tabe edilir.

Bununla belə, Sülh Şurası fenomenini tamamilə təsirsiz təşəbbüs kimi qiymətləndirmək də analitik baxımdan natamam yanaşma olardı. Bu cür platformalar birbaşa güc balansını dəyişməsə belə, beynəlxalq münasibətlərin diskursiv mühitini formalaşdırır və uzunmüddətli institusional transformasiyaların ideoloji əsasını yaradır.

Son olaraq qeyd edək ki, hegemonluq xəttinin qabarması beynəlxalq münasibətləri proqnozlaşdırılmaz və sərt hala gətirir. Bu mərhələdə dövlətlərin əsas çağırışı dəyişən qlobal prioritetlər fonunda strateji adaptasiya qabiliyyətini qorumaqdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri