Daxili bazarda mal əti təminatı gücləndirilir Nazir
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026–2030-cu illər üçün Dövlət Proqramında heyvandarlıq məhsulları üzrə istehsalın artırılması və idxaldan asılılığın azaldılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.
Gununsesi.info xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, proqram çərçivəsində cins heyvanların ümumi sürüdə payının hazırkı 2,5 faizdən 10 faizə çatdırılması nəzərdə tutulur.
“Qarşıdakı beş ildə süd istehsalının 10 faiz, ət istehsalının isə 20 faiz artırılması planlaşdırılır. Əsas hədəflərdən biri mal əti üzrə tam özünütəminata nail olmaqdır. Eyni zamanda, quşçuluq məhsullarının istehsalının 30 faiz artırılması və quş əti üzrə özünütəminat səviyyəsinin 82 faizdən 100 faizə çatdırılması nəzərdə tutulur”, – deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, nəzərdə tutulan tədbirlər ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və daxili bazarın yerli məhsullarla təminatının artırılmasına xidmət edəcək.
Baxış sayı:152
Bu xəbər 12 İyun 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















