Icma.az
close
up
RU
Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 25 iyun, AZƏRTAC

Mingəçevirdə yeni istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası bütövlükdə ölkəmizin enerji potensialını gücləndirəcək. Açılış mərasimində dövlətimizin başçısı da bəyan etdi ki, bu stansiya həm də enerji sisteminin səmərəliliyini artıracaq. Ümumiyyətlə, dünyada baş verən kataklizmlər fonunda enerjiyə tələbatın artması, daxili enerji infrastrukturunun və texnologiyalarının inkişafına investisiya yatırmağın vacibliyini göstərir. Çünki bu, ilk növbədə, ölkənin xarici təhlükələrə qarşı dayanıqlığını artırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, düzgün enerji siyasəti bu sahədə innovasiyaları və yeni texnologiyaların inkişafını stimullaşdırmaqla imkanları genişləndirir. Yeni stansiyanın da əsas üstünlüklərindən biri təbii qaza qənaətə imkan yaratmaq, həmçinin karbon qazı emissiyalarında azalmanı təmin etməsidir. Bu, Azərbaycanın milli iqlim hədəflərinə, eləcə də aşağıkarbonlu gələcək qurmaq istiqamətindəki genişmiqyaslı məqsədlərinə də töhfə verir. Beləliklə, Azərbaycan həm də COP29-un ev sahibi kimi ekoloji təmiz, daha etibarlı və daha səmərəli texnologiyalar tətbiq etmək istiqamətində dinamik və uzaqgörən yanaşma sərgiləmiş olur.

Bu gün Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edən ölkələrin coğrafiyasının genişləndiyini deyən deputat vurğulayıb: “Azərbaycanın uğurlu enerji siyasəti hesabına ölkəmiz pan-Avropa qaz təchizatçısı hesab olunur və bizimlə əməkdaşlıq etmək istəyən tərəfdaşların sayı artır. Dünyada enerji xətlərinə təhdidlərin yarandığı bir vaxtda Azərbaycanın timsalında bölgədə sabitlik, inkişaf, tərəqqi məkanına ehtiyac var. Təsadüfi deyil ki, yeni elektrik stansiyasının inşasında yaxından iştirak edən İtaliya və Çin şirkətləri də Azərbaycandakı təhlükəsiz və sabit mühiti nümunə kimi qiymətləndirirlər. Məsələ burasındadır ki, bütün investorlar daha sabit məkanlara yatırım etməkdə maraqlıdır. Azərbaycan həm də bu mənada beynəlxalq investorlar üçün əhəmiyyətli tərəfdaşdır. Otuz ilə yaxın işğaldan əziyyət çəkən Azərbaycan sabitliyi öz gücü hesabına təmin edib və təsadüfi deyil ki, regionun ən böyük energetika mərkəzi sayılan Mingəçevir şəhəri də 44 günlük Vətən müharibəsi dövründə düşmənin hədəfində idi. Prezident bir daha bəyan etdi ki, məqsəd bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Təbii ki, bu məkrli plan baş tutmadı. Bu mənada yeni Elektrik Stansiyasının adının “8 Noyabr” olmasında da rəmzilik var. Beynəlxalq investorlar da bu nəhəng stansiyanı Azərbaycanın enerji təhlükəsizliyinə, davamlı inkişafa və sənaye tərəqqisinə töhfəsinin rəmzi kimi qiymətləndirirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri