Icma.az
close
up
RU
Daxili işlər nazirinin müavini: Türkiyənin rəqibləri Ankaraya təzyiq göstərmək üçün “1915 ci il kartı”nı ortaya qoyurlar

Daxili işlər nazirinin müavini: Türkiyənin rəqibləri Ankaraya təzyiq göstərmək üçün “1915 ci il kartı”nı ortaya qoyurlar

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 4 may, AZƏRTAC

Ankaranın rəqibləri hər dəfə Türkiyə aktiv şəkildə inkişaf etməyə başlayanda, dünya səhnəsində mövqeyini möhkəmləndirəndə “1915 kartı”nı ortaya qoyurlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə daxili işlər nazirinin müavini Bülənt Turan Fransadakı türk diasporunun nümayəndələri ilə görüşündə deyib.

O, qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların heç bir tarixi əsası olmadığını vurğulayıb. “Yalanların yayılmasının yeganə səbəbi Ankaraya təzyiq göstərməkdir ki, Türkiyə “istənilən” kursa uyğun hərəkət etsin. Əgər “1915” uydurması işə yaramırsa, o zaman başqa vasitələrdən istifadə olunur”, - deyə B.Turan Paris yaxınlığındakı Mitri-Mori şəhərciyində diaspor nümayəndələri ilə görüşündə vurğulayıb.

O, Türkiyənin tarixində, “türk xalqı arasında utanc doğuracaq” bir hadisənin olmadığını vurğulayaraq, Ankaranın tarix boyu dəfələrlə xəyanət və digər problemlərlə üzləşdiyini qeyd edib.

Nazir müavini bildirib ki, bu yaxınlarda Şərqi - Qars, Ağrı, İğdır və Ərdahan vilayətlərində olub, burada digərləri ilə yanaşı, erməni quldur dəstələrinin qurbanı olmuş mülki əhalinin kütləvi məzarlıqlarını da ziyarət edib. “Bu məzarlıqların arasında ermənilərə aid olan bircə dənə də məzarlıq olmayıb. Bütün bunlar Osmanlı İmperiyasının kəndlərində qətlə yetirilələn sakinlər - etnik türklərdir. Əgər bir milyon yarım erməninin hansısa “soyqırımı” ilə bağlı iddialar doğrudursa, heç olmasa Anadoluda ermənilərin kütləvi şəkildə dəfn edildiyi bir yer göstərsinlər. Bunların hamısı yalandır”, - deyə Türkiyə Daxili İşlər Nazirliyi rəhbərinin müavini bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı bütün ölkələrin, o cümlədən Ermənistanın arxivlərinin açılması təklifini də xatırladıb.

Qeyd edək ki, görüşdə Türkiyədən diplomatlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri