Icma.az
close
up
RU
Prezident daxili və xarici siyasətdə uğurlu fəaliyyət göstərir ŞƏRH EDİLDİ

Prezident daxili və xarici siyasətdə uğurlu fəaliyyət göstərir ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu gün biz qətiyyətlə deyə bilərik ki, cənab Prezident həm daxili, həm də xarici siyasətdə uğurlu və ardıcıl fəaliyyət göstərir" . Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyev Azərbaycan xalqı naminə çox böyük xidmətlər göstərmişdir: "O, xalqın rifahı və ölkənin inkişafı üçün mühüm islahatlar həyata keçirmiş, böyük addımlar atmışdır. Söhbət təkcə iqtisadi sahədə əldə olunan nailiyyətlərdən deyil, həm də digər istiqamətlərdə – sosial, siyasi və beynəlxalq münasibətlər sahəsindəki uğurlardan gedir. Azərbaycan iqtisadiyyatı son illər ərzində bir neçə dəfə artmışdır. Bu gün ölkəmiz sürətli inkişaf edən dövlətlər arasında öz layiqli yerini tutur.

Biz bu uğurların bütün təzahürlərini və nümunələrini müxtəlif istiqamətlərdə aydın şəkildə görürük. Azərbaycanın son illərdə qazandığı ən böyük nailiyyətlərdən biri isə işğal altında olan torpaqlarımızın azad olunmasıdır. Bu gün Azərbaycan xalqı öz torpaqlarını azad edib. Bu gün Azərbaycan bütövdür. Bu gün Azərbaycan suveren və müstəqil dövlətdir. Qeyd etdiyimiz kimi, ölkəmiz davamlı şəkildə inkişaf edir və əldə etdiyi uğurları günü-gündən artırır. Eyni zamanda, bu gün Azərbaycan uğurlu və balanslı xarici siyasət yürüdür. Dünya dövlətləri Azərbaycanla əlaqələrə böyük önəm verir və əməkdaşlığı dərinləşdirməkdə maraqlıdırlar. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və strateji tərəfdaş kimi çıxış edir.

Azərbaycan da dünyanın ən vacib dövlətlərindən biri kimi ön plana çıxır. Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır və ölkəmiz qlobal miqyasda əhəmiyyətli rol oynayan dövlətlərdən birinə çevrilməkdədir. Azərbaycan beynəlxalq arenada irəliləməyə davam edir, diplomatik əlaqələrini gücləndirir və qlobal məsələlərdə mühüm aktora çevrilir. Möhkəm tərəfdaşlıq kimi əlaqələr Azərbaycanın regional və qlobal geosiyasətdə əhəmiyyətli bir ölkə kimi önə çıxmasını daha da gücləndirir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri