Daxili müsahibəyə kimlər buraxılacaq?
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İnzibati vəzifələrlə bağlı daxili müsahibədə iştirak edəcək şəxslərin əhatə dairəsi müəyyənləşir.
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, daxili müsahibədə aşağıdakı şəxslər iştirak edə bilər:
- vakant vəzifənin aid olduğu dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələr üzrə müəyyən edilmiş ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları;
- vakant vəzifənin aid olduğu dövlət orqanında xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçən və inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələrinə uyğunlaşdırılan rütbəyə malik olan dövlət qulluqçuları;
- vakant vəzifənin aid olduğu dövlət orqanında dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar inzibati vəzifə üzrə ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər;
- vakant vəzifənin aid olduğu dövlət orqanının strukturuna daxil olan qurumun ləğvi ilə əlaqədar inzibati vəzifə üzrə ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər;
- dövlət orqanının və ya onun strukturuna daxil olan qurumun ləğv edilməsi və onun bazasında (əsasında) daha yuxarı dövlət orqanının və ya onun strukturuna daxil olan qurumun yaradılması ilə əlaqədar daha yuxarı vəzifə iddiasında olan şəxslər;
- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin, habelə 2-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrin (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) tutulması üçün müraciət edən şəxslər.
Daxili müsahibə nəticəsində inzibati vəzifə tutulmadıqda, dövlət orqanının rəhbəri daxili müsahibənin keçirildiyi gündən 10 (on) iş günü müddətində həmin vəzifənin yenidən daxili müsahibə vasitəsilə tutulması barədə, 21.3-cü maddəsində nəzərdə tutulan inzibati vəzifə tutulmadıqda isə daxili müsahibənin keçirildiyi gündən 10 (on) iş günü müddətində həmin vəzifənin müsabiqə vasitəsilə tutulması barədə qərar qəbul edir və bu barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Sentyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















