“Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masada hansı mövzular müzakirə olunacaq? AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı nazirlərin dəyirmi masasında müzakirə olunacaq mövzuları açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dəyirmi masada “Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr”, “İnnovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu”, “Enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri”, “Dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni intellektin potensial rolu”, “Nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları”, “Çoxtərəfli inkişaf banklarının dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin inkişafında rolu” mövzuları ətraflı müzakirə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 Noyabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















