Icma.az
close
up
RU
Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar mövzusunda nazirlərin dəyirmi masası keçirildi

Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar mövzusunda nazirlərin dəyirmi masası keçirildi

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Urbanizasiya, Nəqliyyat və Turizm Günü keçirilib. 

Bu çərçivədə "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası təşkil edilib. 

Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) olub. 

Dəyirmi masa Orta Dəhliz və digər beynəlxalq dəhlizlərdə dayanıqlılıq və rəqəmsallaşmanın təşviqi, qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.  

Tədbirdə region və onun hüdudlarından kənar ölkələrin nəqliyyat sahəsinə məsul nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. 

Dəyirmi masanın açılışında çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təhlükəsiz, etibarlı və ekoloji cəhətdən təmiz qlobal nəqliyyat sisteminin qurulmasında rəqəmsallaşmanın əhəmiyyətini vurğulayıb. "Azərbaycan ekoloji dayanıqlılığı gücləndirmək, tranzit vaxtlarını və istixana qazı emissiyalarını azaltmaq üçün Orta Dəhliz boyunca rəqəmsal həllərin inteqrasiyasına sadiqdir”, – deyə nazir bildirib.

 "Dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması daha səmərəli nəqliyyat və ticarət dövriyyəsi vasitəsilə karbon emissiyalarını azaltmaqla, alternativ enerji mənbələri və "ağıllı” nəqliyyat həllərindən istifadə etməklə və yalnız avtomobil daşımalarından asılı olmaqdan daha davamlı və dayanıqlı olan çoxsaylı nəqliyyat növlərinin inteqrasiyası yolu ilə Paris Sazişinin məqsədlərinə çatmaqda mühüm rol oynayır”, – deyə BMT Baş katibinin müavini, Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Alişahbana qeyd edib.

"Rəqəmsal dəhlizlər səmərəliliyi artıran, əməliyyatları asanlaşdıran və nəticədə daha yaşıl təchizat zəncirləri yaradan davamlı şəbəkə formalaşdırmaq üçün önəmlidir. Xəzər dənizi vasitəsilə Avropa və Asiyanı birləşdirən Orta Dəhliz davamlı və rəqəmsal inkişaf üçün böyük potensiala malik strateji marşrutlardan biridir. Məqsədyönlü səylərlə biz bu dəhlizi tam rəqəmsal və ahəngdar işləyən marşruta çevirə, xərcləri azalda, bütün maraqlı tərəflər üçün proqnozlaşdırıla bilənliyi və şəffaflığı artıra bilərik”, – deyə BMT Baş katibinin müavini və Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan vurğulayıb. 

Dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər nəqliyyat marşrutlarında davamlılıq və rəqəmsallaşmanı təşviq etmək üçün bu istiqamətdə son nailiyyətlər, eləcə də təşəbbüslər müzakirə olunub. 

Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr, enerji səmərəliliyinin artırılması üçün intellektual nəqliyyat sistemlərindən istifadə nümunələri nəzərdən keçirilib. İnnovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasına təsiri, dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu barədə fikir mübadiləsi aparılıb.

Dəyirmi masada nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları da araşdırılıb. 

Tədbirdə qeyd edilib ki, son geosiyasi dəyişikliklərdən əvvəl Azərbaycan Orta Dəhlizin strateji potensialını anlayaraq nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə proaktiv sərmayə qoyub. Orta Dəhliz infrastrukturunun genişləndirilməsi indi də prioritetdir. 

Azərbaycan, həmçinin tarif siyasətinin uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, nəqliyyat və dəmiryolu müəssisələrinin fəaliyyətinin sinxronlaşdırılması məqsədilə tərəfdaş ölkələrlə fəal əməkdaşlıq edir. 

Vurğulanıb ki, ölkənin rəqəmsal strategiyasının mərkəzi komponenti Rəqəmsal Nəqliyyat və Logistika İnformasiya Sistemidir. Bu platforma dəhliz boyunca yüklərin səmərəli izlənilməsi, proqnozlaşdırılması və idarə olunmasını dəstəkləyərək şəffaflığı təmin edəcək.

Dəyirmi masanın yekunlarına dair kommunike qəbul olunub. Kommunike regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya prosesini irəlilətmək üçün kollektiv öhdəliyi əks etdirir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri