Icma.az
close
up
RU
Dayanma və durma qadağandır, amma... Yasamalda yol niyə tutulur?

Dayanma və durma qadağandır, amma... Yasamalda yol niyə tutulur?

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Bakıda avtomobil yükünün yüksəlməsi parkinqlərin az olması fonunda paytaxt küçələrindəki sıxlıq gün keçdikcə artır. Bu yollardan biri də Yasamal rayonu, Qələbə dairəsindən Tbilisi prospektinə gedən Əbdülvahab Salamzadə küçəsidir.

Belə ki, bu yolun sağ zolağı boyunca dayanma və durma qadağandır nişanı olsa da, davamlı avtomobillər parkinq edir, bu da hərəkəti məhdudlaşdırır. Xüsusən də, tıxacın pik səviyyədə olduğu səhər və axşam saatlarında yolun bir hissəsinin bu şəkildə tutulması sürücülər üçün çətinlik yaradır.

Bəs bunun qarşısı necə alınmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, problemə əsas səbəb nəzarətdəki boşluqdur:

“Görüntülərdən də görünür ki, nişan heç bir işə yaramır, nişanın təsir zonasında maşınlar ucdan-uca dayanıb. Həmin ərazi Yasamal Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşir. Görünür, nəzarətdə boşluq yaranıb ki, sürücülər də bundan istifadə edirlər. Həqiqətən də, sözügedən yol olduqca əhəmiyyətlidir. Təbii ki, dayanma və durma qadağandır nişanının əhatə dairəsində olan avtomobillər digər avtomobillərin hərəkətini çətinləşdirir, sıxlıq və tıxac yaradır, ya da ümumiyyətlə yoldan istifadəni mümkünsüz edir. Bu səbəbdən həmin əraziyə polis nəzarəti lazımdır. Bəzi yerlərdə hansısa formada müəyyən parklanma nöqtəsi yaradıla bilər”. 

Saytımıza açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, yol kənarlarında parkinqə qadağa qoyulmaqdansa, vətəndaşlar özləri bu məsələdə anlayışlı olmalıdır:

“Ümumiyyətlə, küçə və prospektlərin kənarında dayanma və durmanın qadağan edilməsi, müəyyən maneələrin qoyulması doğru addım deyil. Ən azından, vətəndaşlar müəyyən qədər anlayış göstərməlidir. Yollar elə də geniş deyil, parkinq üçün çox yer ayrılmayıb, bu o demək deyil ki, hər bir şəxs yol hərəkəti qaydalarına etinadsız yanaşmalıdır. Hər kəs bilməlidir ki, yol hərəkətinin iştirakçısıdır, yola laqeyd münasibət göstərməməlidir. Bu kimi amillər insanlarda mənfi emosiyaların yaranmasına gətirib çıxarır ki, bu da qanuna hörmətsizlik kimi özünü biruzə verir. Hər bir vətəndaş öz yaşadığı dövlətin qanunlarına riayət etməyə borcludur. Əks halda, belə xoşagəlməz faktlar ortaya çıxa bilir”.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli soğrumuza cavabında bildirib ki, bu barədə tədbirlər həyata keçirilir:

“Qeyd edilən ərazidə dayanma və durma qaydalarını pozaraq yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, eləcə də, yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradan sürücülərlə bağlı qanunamüvafiq tədbirlər həyata keçirilir. Sürücülərdən xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, dayanma və durma qaydalarına düzgün şəkildə riayət etsinlər, ərazidə sıxlığın yaranmasına səbəb olmasınlar”.

Firuzə Əliyeva
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri