Dayısının dodağını yumruqla vuraraq partladan şəxsə hökm oxundu
Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Samir İmanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 200 manat məbləğində cərimə cəzasına məhkum edilib.
İttihama görə, hadisə ötən il Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Samir İmanov dayısı, zərərçəkmiş Əkbər Bəhruzovla şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, dayısının dodaq nahiyəsinə yumruq zərbəsi vuraraq ona qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib.
Hadisədən sonra Samir İmanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov