Icma.az
close
up
RU
DÇ 2026: Azərbaycan Ukrayna ilə əzmkar heç heçəyə nail olub FOTO/VİDEO/YENİLƏNİB

DÇ 2026: Azərbaycan Ukrayna ilə əzmkar heç heçəyə nail olub FOTO/VİDEO/YENİLƏNİB

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, komandamız Bakıda Ukrayna yığmasını qəbul edib.

Yığmamızı oyuna Fernandu Santuşun istefaya göndərilməsindən sonra baş məşqçi kimi Ayxan Abbasov çıxarıb.

Matçın ilk dəqiqələrində az qala Azərbaycan komandasının qapısına penalti təyin olunacaqdı. Yunanıstanlı referi əvvəlcə Bəhlul Mustafazadənin cərimə meydançasındakı hərəkətlərində qayda pozuntusunu görərək, penalti nöqtəsini göstərib, həmçinin müdafiəçini sarı vərəqə ilə "mükafatlandırıb". Lakin VAR-ın köməyi ilə epizodu nəzərdən keçirdikdən sonra, hər iki qərar ləğv edilib. İlk yarı qolsuz bərabərliklə başa çatıb.

İkinci hissədə 51-ci dəqiqədə Sudakov qonaqları irəli çıxarıb - 0:1.

72-ci dəqiqədə millimizin kapitanı Emin Mahmudov penaltidən oyunda bərabərliyi təmin edib. Oyun bu hesabla başa çatıb. Beləliklə, hər iki komanda bu seçmə mərhələsində ilk xalını qazanıb.

DÇ-2026, seçmə mərhələ
9 sentyabr
D qrupu
20:00. Azərbaycan - Ukrayna - 1:1

Qollar: Mahmudov (72, p); Sudakov (51)

Baş hakim: Vasilios Fotias (Yunanıstan)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybulayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriiev, 11. Ozan Can Kökcü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı

Ukrayna: 12. Trubin, 2. Konoplya, 6. Kalyujnıy, 7. Vanat, 8. Sudakov, 13. Zabarnıy, 14. Oçeretko, 17. Zinçenko, 19. Bondarenko, 20. Zubkov, 22. Matviyenko (k)

Ehtiyat oyunçular: 1. Buşan, 23. Riznik, 3. Mixavko, 4. Svatok, 5. Bondar, 10. Şaparenko, 11. Dovbik, 15. Mixayliçenko, 16. Voloşin, 18. Yarmoliuk, 21. Nazarenko

1

Fransa

2

2

0

0

4-1

6

2

İslandiya

2

1

0

1

6-2

3

3

Ukrayna

2

0

1

1

1-3

1

4

Azərbaycan

2

0

1

1

1-6

1

Qeyd edək ki, qrupumuzun digər matçında Fransa İslandiyanı qəbul edib. Oyun fransızların 2:1 hesablı qələbəsi ilə qurtarıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Sentyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri