Icma.az
close
up
RU
DÇ 2026 nın 1/4 finalı öncəsi sarı vərəqə təhlükəsi: Hansı ulduzlar yarımfinalı buraxa bilər?

DÇ 2026 nın 1/4 finalı öncəsi sarı vərəqə təhlükəsi: Hansı ulduzlar yarımfinalı buraxa bilər?

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

2026-cı il futbol üzrə dünya çempionatında 1/4 final mərhələsi start götürür. Komandalar təkcə növbəti mərhələyə yüksəlmək üçün deyil, həm də əsas futbolçularını mümkün yarımfinal oyunu üçün qorumaq məqsədilə meydanda daha ehtiyatlı davranmalıdırlar.

BAKU.WS-in məlumatına görə, FİFA-nın turnir üçün tətbiq etdiyi yeni qaydalara əsasən, sarı vərəqələr iki dəfə silinir – qrup mərhələsindən sonra və 1/4 final başa çatdıqdan sonra.

Lakin pley-off mərhələsində ikinci sarı vərəqəsini alan futbolçu yarımfinal görüşünü buraxmalı olacaq.

Fransa

Fransa millisində Bredli Barkola, Manu Kone və Maykl Olise cəza sərhədindədir. Xüsusilə Olisenin vəziyyəti diqqət çəkir. Turnirdə artıq beş məhsuldar ötürmə edən hücumçu komandanın əsas fiqurlarından hesab olunur. O, Mərakeşlə oyunda daha bir sarı vərəqə alacağı halda, Fransa yarımfinala yüksəlsə belə, Didier Deşam onu növbəti matçda istifadə edə bilməyəcək.

Mərakeş

Ən riskli vəziyyət Mərakeş millisindədir. İssa Diop, Azzəddin Unahi, Əşrəf Hakimi, Bilal Əl-Hənnus və Reduan Halal cəza təhlükəsi altındadır. Bunlardan xüsusilə Hakimi, Unahi, Diop və Əl-Hənnus əsas heyətin dəyişməz üzvləri sayılır. Onlardan hər hansı birinin mümkün yarımfinalı buraxması komanda üçün ciddi itki ola bilər.

İspaniya

İspaniyada yalnız Ferran Torres sarı vərəqə limitinə yaxındır. O, əsas heyətin daimi üzvü olmasa da, ehtiyatdan daxil olaraq oyunun gedişinə təsir edən futbolçulardandır. Buna baxmayaraq, onun mümkün diskvalifikasiyası komanda üçün ciddi problem hesab edilmir.

Belçika

Belçika millisində yalnız müdafiəçi Brandon Mehele cəza təhlükəsi ilə üz-üzədir. Təcrübəli futbolçu indiyədək bütün görüşlərdə tam oyun keçirib və müdafiə xəttinin əsas simalarından biridir. İspaniyaya qarşı çətin qarşılaşmada onun sarı vərəqə alma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Norveç

Norveç turnirin ən intizamlı komandalarından biri olub. Hazırda yalnız gənc cinah oyunçusu Antonio Nusa sarı vərəqə limitindədir. Norveç İngiltərəni mübarizədən kənarlaşdıracağı halda, Nusanın növbəti xəbərdarlıq alması onu yarımfinaldan məhrum edə bilər.

İngiltərə

Ən çətin vəziyyət İngiltərə millisində müşahidə olunur. Deklan Rays, Cud Bellinqem, Mark Gehi, Niko O'Rayli və Cordan Henderson cəza təhlükəsi altındadır. Henderson artıq zədə səbəbindən turniri başa vurduğundan əsas narahatlıq Rays, Bellinqem və Gehinin ətrafında cəmləşib. Bu futbolçulardan hər hansı biri Norveçlə oyunda sarı vərəqə alarsa, komanda yarımfinala yüksəlsə belə, növbəti matçda iştirak edə bilməyəcək.

Argentina

Argentina millisində yalnız ehtiyat müdafiəçi Qonsalo Montiel risk zonasındadır. O, turnirdə məhdud vaxt aldığı üçün mümkün diskvalifikasiyasının komandanın oyun planına ciddi təsir etməyəcəyi düşünülür.

İsveçrə

İsveçrənin aparıcı yarımmüdafiəçiləri Qranit Caka və Denis Zakariya da cəza həddindədir. Xüsusilə komandanın liderlərindən olan Cakanın mümkün diskvalifikasiyası yarımfinala yüksələcəkləri təqdirdə İsveçrə üçün böyük itki hesab olunur. Müdafiəçi Miro Muhaym da növbəti sarı vərəqəsini alacağı halda cəzalanacaq, lakin onun ehtiyat oyunçu olması səbəbindən bu itki o qədər də kritik sayılmır.

Beləliklə, DÇ-2026-nın 1/4 final mərhələsində komandalar təkcə qələbə uğrunda deyil, həm də aparıcı futbolçularını yarımfinal üçün qorumaq uğrunda mübarizə aparacaqlar. Xüsusilə İngiltərə, Mərakeş və Fransa üçün intizam amili növbəti mərhələyə gedən yolda həlledici rol oynaya bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 İyul 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri