İraola “Liverpul”u xəbərdar etdi: rəqib son 11 oyunda məğlub olmayıb
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Andoni İraola UEFA Çempionlar Liqasının əsas mərhələsində “Brügge”yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi rəqibin güclü tərəflərindən danışıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis Belçika təmsilçisinin son qarşılaşmalarda göstərdiyi nəticələrə diqqət çəkib.
“Onların güclü komanda olduğunu bilirdim. Açığı, oyunlarını təhlil etməkdən zövq aldım. Çox enerjili komandadırlar və möhtəşəm nəticələr göstərirlər - 10 qələbə və bir heç-heçə. Düşünürəm ki, çox yüksək səviyyədə oynamalıyıq, əks halda işimiz olduqca çətin olacaq”, - deyə İraola bildirib.
Baş məşqçi hər iki komandanın hücumameyilli oyun üslubuna üstünlük verməsi səbəbindən qarşılaşmanın açıq mübarizə şəraitində keçəcəyini gözləyir:
“Onların oyunun taleyini həll edə biləcək futbolçuları var. Təbii ki, bizim də belə oyunçularımız mövcuddur. Açıq oyun gözləyirəm. Hər iki komanda aqressiv oynamağa və pressinq tətbiq etməyə çalışır. Boş zonalar yaranacaq. Ümid edirəm ki, fərdi mübarizələrdə üstün olacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Noyabr 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















