DÇ 2026 rekordlar turniri olacaq: Yarım milyard bilet sifarişi olub
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
FIFA 2026-cı il dünya çempionatının oyunlarına biletlərə böyük maraq olduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, turnirin matçlarına bilet almaq istəyənlərdən ümumilikdə təxminən 500 milyon sifariş daxil olub.
Oyunların rəsmi təqvimi açıqlanmadan əvvəl, ötən ilin oktyabr və noyabr aylarında artıq 2 milyon bilet satılıb. Məlumata görə, dünya çempionatı üzrə 4-5 milyon bilet hələ də satışdadır.
Maraqlıdır ki, final oyunu sorğuların sayına görə yalnız üçüncü yerdə qərarlaşıb. Açılış qarşılaşması olan Meksika-Cənubi Afrika oyunu isə dördüncü pillədədir. Hazırda ən böyük maraq Kolumbiya-Portuqaliya matçına göstərilir. İkinci yerdə isə Meksika-Cənubi Koreya qarşılaşması yer alır.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir iyunun 11-də Meksika şəhərində start götürəcək və iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatında başa çatacaq. Oyunlar ABŞ, Kanada və Meksikanın 16 şəhərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Yanvar 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















