DÇ 2026nın Avropa zonasının püşkü atılıb Millimizin və Türkiyənin rəqibləri bəlli oldu AzPolitika onlayn siyasiictimai qəzet
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsininin püşkü atılıb.
"AzPolitika" xəbər verir ki, qruplardakı ilk komandalar Millətlər Liqasında pley-off mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.
Püşkatmanın nəticəsi belədir:
A QRUPU - Almaniya-İtaliya qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq;
B QRUPU - İsveçrə, İsveç, Sloveniya, Kosovo;
C QRUPU - Portuqaliya/Danimarka, Yunanıstan, Şotlandiya, Belarus;
D QRUPU - Fransa/Xorvatiya qalibi, Ukrayna, İslandiya, Azərbaycan;
E QRUPU - İspaniya/Hollandiya qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan;
F QRUP - Portuqaliya/Danimarka qalibi, Macarıstan, İrlandiya Respublikası, Ermənistan;
G QRUPU - İspaniya-Hollandiya məğlub, Polşa, Finlandiya, Litva, Malta;
H QRUPU - Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Cənubi Kipr, San Marino;
I QRUP - Almaniya/İtaliya, Norveç, İsrail, Estoniya, Moldova;
J QRUPU - Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn;
K QRUPU - İngiltərə, Serbiya, Albaniya, Andorra;
L QRUP - Uduzan Fransa/Xorvatiya, Çexiya, Monteneqro, Cəbəllütariq.
Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. 2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə çempionata 48 komanda qatılacaq. İndiyədək yarışda 32 ölkə iştirak edirdi.
"AzPolitika.info"