Icma.az
close
up
RU
ABŞ və Rusiya ortaq “qlobal layihə” reallaşdırır: Bu iki nəhəng dövlət “güclülərin dünyası”nı qurur

ABŞ və Rusiya ortaq “qlobal layihə” reallaşdırır: Bu iki nəhəng dövlət “güclülərin dünyası”nı qurur

Icma.az, Olke.az saytına istinadən bildirir.

ABŞ və Rusiya fərqli qlobal düşərgələrdə olsalar da, hər iki dövlət hərbi-siyasi gücə bağlı yeni dünya nizamının əsas təşəbbüskarları hesab olunmalıdır… Məhz bu iki dövlətin aqressiyası ucbatından “kim güclüdürsə, o da haqlıdır” prinsipi artıq qlobal məkanın “yazılmamış konstitusiya”sına çevrilməyə başlayıb…

Rusiya və ABŞ-ın qlobal məkandakı davranışları böyük ölçüdə bir-birinə paralellik təşkil edir. Belə ki, bu iki nəhəng dövlət beynəlxalq hüquq normalarına əhəmiyyət vermir, davamlı olaraq, daha zəif dövlətlərin hüquqlarını kobud şəkildə pozurlar. Yəni, həm Rusiya, həm də ABŞ müasir dünyada “kim güclüdürsə, o da haqlıdır” prinsipinin həlledici qaydaya çevrilməsinə çalışırlar. Və bu baxımdan, qlobal məkanda “zorakı gücün hegemoniyası”nın bərqərar olunmasına yönəlik təhlükəli ssenarinin siyasi sponsorları rolunda çıxış edirlər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Venesuela diktatoru Nikolas Maduronu hərbi əməliyyatla oğurlaması və Ağ Evin Qrenlandiya və Kanadanı ilhaq etmək niyyətini rəsmən açıq şəkildə bəyanlamasından sonra Ukrayna ərazilərini işğal edən Rusiya da bu istiqamətdə hədəflərini genişləndirmək həvəsini artırıb. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son aqressiv açıqlamaları Kremlin yalnız Qərbə yönəlik ənənəvi tənqid xəttini deyil, eyni zamanda, müasir beynəlxalq siyasi-hüquqi sistemin mahiyyətinə dair daha dərin və açıq etirafı da ortaya çıxarır.

 Çünki Sergey Lavrovun “beynəlxalq arenada “kim güclüdürsə, o da haqlıdır” prosesi gedir” məzmunlu fikri paradoksal şəkildə yalnız Qərbin deyil, həm də Rusiyanın və ABŞ-ın faktiki davranışlarını izah edən “açar tezisə” çevrilməyə başlayıb. Və bu baxımdan, Rusiya və ABŞ-ın qlobal proseslərə yanaşmalarında mövcud olan paralellik, “böyük güclərin hegemon davranış modeli”, eləcə də bunun qlobal istem üçün doğurduğu neqativ nəticələr ciddi narahatlıq yaradır.

Maraqlıdır ki, son vaxtlar onilliklər boyu mövcud olmuş beynəlxalq qaydalara bağlı qlobal sistemi, artıq tədricən zorakı gücün təsir reallığı əvəzləyir. Əslində, Kreml Qərbi, xüsusən də, ABŞ-ı adətən, qloballaşmanı “öz qaydaları” üzərində qurmaqda ittiham edir. Eyni zamanda, Çinin də məhz bu “qaydalar” çərçivəsində Qərbi geridə qoyduğunu vurğulayır. Bu yanaşma, müəyyən mənada, Ağ Evin uzun illər təşviq etdiyi liberal iqtisadi və ticarət sisteminin artıq ABŞ-ın öz maraqlarına tam cavab vermədiyi anda “təhlükəli” elan edilməsinin, məhz Kreml tərəfindən tənqid olunması anlamına gəlir.

Ancaq burada diqqətçəkən daha bir önəmli məqam ondan ibarətdir ki, Kreml də beynəlxalq hüquq normalarını və qaydalarını yalnız Rusiyanın maraqlarına sərfəli olduğu hallarda ön plana çəkilməsinə üstünlük verir. Yəni, ABŞ və Rusiya fərqli siyasi-ideoloji prioritetlərə malik olsalar da, hər iki dövlət üçün əsas meyar qlobal qaydaların bütün dünya üçün aliliyi deyil, məhz beynəlxalq güc balansının mütləq təmin edilməsinə nail olmaqdır. Və ona görə də, həm Rusiyanın, həm də ABŞ-ın qlobal məkanda baş verənlərə münasibətdə “hegemon reflekslər” göstərməsi qətiyyən təəccüblü deyil.

Digər tərəfdən, Rusiya siyasi dairələrinin Qərbi İrana yönəlik “rejim dəyişikliyi” siyasəti yürütməkdə ittiham etməsi və Latın Amerikasında ABŞ-ın kobud hərbi müdaxilə cəhdlərini xatırlatması, Kremlin “qlobal məkanda Ağ Evin hegemoniya cəhdləri”nə verdiyi ənənəvi reaksiya örnəyidir. Bununla belə, Rusiya postsovet məkanında və yaxın xaricdə, xüsusilə də, Şərqi Avropada analoji hegemon reflekslər nümayiş etdirməklə diqqəti çəkir. Və Kremlin təhlükəsizlik, təsir zonaları və loyal siyasi rejimlər anlayışı, Rusiyanın xarici siyasət prioritetlərində mərkəzi yer tutur.

Məsələ ondadır ki, ABŞ-ın Venesuela, Kuba və dünyanın digər regionlarındakı sərt təzyiq siyasəti Kreml üçün də xarakterikdir. Belə ki, Rusiya eyni davranışları öz imkanları çərçivəsində Ukrayna, Gürcüstan və ümumilikdə postsovet məkanına yönəlik atdığı aqressiv addımlarıa təkrarlayır. Bu iki ölkənin zorakı güc strategiyasında yeganə fərq isə yalnız Rusiya və ABŞ-ın istifadə etdiyi “geostrateji alətlər”də və siyasi-ideoloji əsaslandırmalarda özünü biruzə verir.

Kremlin Avropa Birliyi, NATO və qlobal müharibə ilə bağlı da Qərbi suçlamaq üçün narrativləri mövcuddur. Belə ki, Kreml Qərb liderlərini, o cümlədən də, NATO-nun baş katibi Mark Rütteni Rusiyaya qarşı genişmiqyaslı müharibəyə hazırlaşmaqda ittiham edir. Üstəlik, bu, daha çox Rusiyanın “təhlükə qavrayışı”nı qlobal məkanda legitimləşdirmək məqsədi də daşıyır. Və eyni zamanda, Ağ Ev də Avropa təhlükəsizlik arxitekturasını Rusiyaya qarşı çəkindirmə mexanizmləri üzərində quraraq, ABŞ-ın hərbi-siyasi liderliyini möhkəmləndirməyə çalışır.

Bütün bunları nəzərə aldıqda, Avropa Birliyinin də ənənəvi xarakter daşıyan və Rusiya ilə qarşıdurmada ön planda saxlanılan “ya bizimlə, ya da əleyhimizə” yanaşması Kreml tərəfindən ciddi qıcıqla qarşılanır. Halbuki, Avropa Birliyinin bu yanaşma tərzinə paralellik təşkil edən analoji seçim dilemması Rusiyanın da öz tərəfdaşlarına münasibətdə geniş şəkildə tətbiq etdiyi mexanizmdir. Və beləliklə, həm ABŞ, həm də Rusiya üçün çoxtərəfli təsir faktorları qlobal məkanda real güc siyasətinin əsas alətinə çevrilməkdədir.

Ancaq ABŞ və Rusiyanın qlobal məkandakı təhdidkar davranışlarında oxşarlıqlar olsa da, Kreml Ağ Evin Avropa dövlətləri ilə ziddiyyətlərinin daha da dərinləşməsində maraqlıdır. Ona görə də, “qoca qitə” ölkələrinin rəsmi Kiyevə dəstəyindən ciddi şəkildə narazı olan Kreml ABŞ-ı Ukrayna münaqişəsinin “ilkin səbəbləri”nə toxunmağa hazır olan yeganə Qərb dövləti kimi təqdim etməyə çalışır. Və bu, iki ölkənin kəskin siyasi-ideoloji qarşıdurmasına baxmayaraq, Kreml və Ağ Ev arasında qlobal məsələlərdə praqmatik ortaq mövqe ehtimalının hələ də mövcud olduğunu göstərir.

Maraqlıdır ki, həm Rusiyanın, həm də ABŞ-ın çoxqütblü dünya ritorikası əslində, sadəcə, formal xarakter daşıyır. Çünki bu iki nəhəng dövlət əsl reallıqda orta və kiçik dövlətlərin suveren manevr imkanlarının genişlənməsində qətiyyən maraqlı deyil. Əksinə, Rusiya və ABŞ qlobal məkandakı təhdidkar davranışları ilə yeni dünya düzəninin “böyük güclər” arasında təsir dairələrinin indikindən daha fərqli pay bölgüsü mexanizmləri üzərindən qurulmasına cəhd göstərirlər.

Göründüyü kimi, yeni qlobal nizamın yaradılması prosesində əsas faktor rolunu oynayan “güclülərin dünyası” prinsipi beynəlxalq sistemin gələcək taleyini də həll edə bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da etiraf etdiyi kimi, Qərbin formalaşdırdığı qlobal qaydaların artıq işləmədiyi bir mərhələdə dünya “güc əsaslı legitimlik” modelinə doğru sürüklənir. Bu modeldə ABŞ da, Rusiya da, Çin də “güc varsa, hüquq da var” məntiqindən çıxış etməyə üstünlük verir. Belə cəhdlərin doğurduğu reallıq isə beynəlxalq hüququn normativ mahiyyətini zəiflədir, çoxtərəfli qlobal strukturları formal platformalara çevirir və regional münaqişələrin sayını artırır.

Belə anlaşılır ki, nəhəng dövlətlərin, o cümlədən də, ABŞ və Rusiyanın təhdidkar davranışları, əslində, müasir beynəlxalq münasibətlərin artıq fərqli keyfiyyət qazandığına, “güclülərin dünyası”nın qurulmaqda olduğuna işarə edir. Ona görə də, ABŞ və Rusiya fərqli qlobal düşərgələrdə olsalar da, hər iki dövlət hərbi-siyasi gücə bağlı yeni dünya nizamının əsas təşəbbüskarları hesab olunmalıdır.

Çünki məhz bu iki dövlətin aqressiyası ucbatından “kim güclüdürsə, o da haqlıdır” prinsipi yalnız Qərbin deyil, həm də ümumiyyətlə, qlobal məkanın “yazılmamış konstitusiya”sına çevrilməyə başlayıb. Bu isə o deməkdir ki, indi beynəlxalq sistemdə əsas qlobal təhlükə Qərb-Rusiya qarşıdurmasından daha çox, “zorakı güc”ün dünyada yeganə legitimlik ölçüsünə çevrilməsi ilə bağlıdır.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Yanvar 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri