Hacı İsmayılov kimdir? Kinomuzun Mustafası haqqında BİLMƏDİKLƏRİNİZ
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Xalq artisti Hacı İsmayılovun doğum günüdür.
Lent.az “Bioqrafiya” rubrikasında sənətkar haqqında məlumat verir.
-Hacı İsmayılov kimdir?
Hacı İsmayılov Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Xalq artistidir, Teatr Xadimləri İttifaqının sədri.
-Hacı İsmayılov nə vaxt və harada doğulub?
Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakı şəhərində anadan olub.
-Hacı İsmayılov harada təhsil alıb?
Hacı İsmayılov 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub.
-Hacı İsmayılov teatr fəaliyyətinə necə başlayıb?
Hacı İsmayılov Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən Hüseyn Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.
-Hacı İsmayılov ilk dəfə hansı filmə çəkilib?
"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.
-Hacı ismayılovun hansı təltif və medalları var?
17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.
-Hacı İsmayılov hansı filmlərə çəkilib?
“Bağlı qapı arxasında” (Alik), “Yol hadisəsi” (Mürşüd), “Ölsəm, bağışla” (Tağı), “Fəryad” (Rövşən), “Bəyin oğurlanması” (Tağı), “Özgə həyat” (Qasımov), “Həm ticarət, həm ziyarət” (Mustafa müəllim) filmlərində müxtəlif xarakterli rollara çəkilib.
-Oynadığı obrazlardan Hacı İsmayılova ən doğma olanı hansıdır?
Sənətkar bu suala belə cavab verib: “Hamısı doğmadır, çünki onlara həyatımı vermişəm. Onları oynamamışam, yaşamışam. Hərdən "Ad günü" filmindən söz düşəndə deyirəm ki, mən ona çəkiləndə elə bilirdim, möcüzəli bir yuxuda idim, ayıldım ki, film çəkilib. Hamısı mənə əzizdir”.
-Rasim Ocaqov Hacı İsmayılovu necə cəzalandırıb?
“Bir dəfə çəkilişə gecikmişdim. "20 Yanvar" metrosu tərəfdə bir klinika var. Çəkiliş orada idi. Guya İstanbuldakı otelin vestibülü idi. Xeyli gecikmişdim. Gələ-gələ düşünürdüm ki, Rasim müəllim məni danlayacaq. Gəlib üzrxahlıq elədim. Dedi, eybi yox, gecikdin, gecikdin də. Soruşdu, pulun var? Düşündüm ki, pulun söhbətə nə dəxli? Dedim, bəli, var. Dedi, çıxart ikinci rejissora 10 manat ver. O vaxtı da 10 manat böyük pul idi. Pulu verdim, dedi, get indi qrimlən, geyin, çəkilişə hazırlaş. Fikrim qalmışdı orada ki, 10 manatı niyə aldı?
Düşündüm, yəqin, qaytarar. Sonra gördüm, yox ey, qaytarmadı. Çəkiliş bitdi, hamısı aparatları yığıb avtobusa minib getdilər. Təkcə qaldım çəkiliş meydançasında. Sən demə, həmin gün o qrupdan kiminsə ad günü imiş, onlar da doğum gününü qeyd etmək üçün pul yığıblar. 10 manat da məndən aldılar, amma aparmadılar. Baxın, bu cəza idi”.
-Hacı İsmayılov uşaqlıq illərini necə xatırlayır?
Hacı İsmayılov müharibə vaxtı dünyaya gəldiyini bildirib: “Amma dünyaya gələndə bilmirdim müharibə gedir. Çətin idi, amma uşaqlığım olduğu üçün çox maraqlı illər kimi xatırlayıram. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamızdı. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 Yanvar 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















