DÇ 2027: Azərbaycan millisi qrup liderini sınağa çəkir
Icma.az, Fanat saytına istinadən bildirir.
Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda qrup lideri Macarıstanı qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək. Oyunu sloveniyalı Vanya Yankoviç idarə edəcək.
C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorranı (evdə 3:1, səfərdə 2:0), Şimali Makedoniyanı (evdə 2:0) məğlub edib, Macarıstana (səfərdə 0:1) uduzub. Zərif cinsdən olan komanda 4 oyundan sonra 9 xalla qrupda ikinci yerdə qərarlaşıb. Macarıstan 10 xalla birinci, Şimali Makedoniya 3 xalla üçüncü, hesabında 1 xal olan Andorra dördüncü pillədədir.
DÇ-2027
Seçmə mərhələ
5 iyun
18:00. Azərbaycan - Macarıstan
Hakim: Vanya Yankoviç (Sloveniya)
Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 05 İyun 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















