Icma.az
close
up
RU
DÇ də medal qazanan veteran güləşçilərlə görüş keçirilib

DÇ də medal qazanan veteran güləşçilərlə görüş keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Güləş Federasiyasında (AGF) veteran güləşçilərlə görüş təşkil edilib.

AGF-nin Güləş İrsi və İcması Komitəsinin təşəbbüsüylə keçirilən mərasimdə oktyabrın 6-11-də İordaniyada keçirilmiş veteranlar arasında dünya çempionatının iştirakçıları, eləcə də Azərbaycan güləş tarixində öz xidmətləri ilə iz qoymuş tanınmış veteran güləşçilər və məşqçilər iştirak ediblər.

Mərasimdə çıxış edən AGF-nin baş katibi Pərvin Piriyev dünya çempionatında uğurla çıxış edərək medal qazanan veteranları təbrik edib, onlara Azərbaycan güləşinin beynəlxalq arenada təmsil olunmasına verdikləri töhfəyə görə təşəkkürünü bildirib.

Görüşdə federasiyanın hazırkı fəaliyyət istiqamətləri, strateji hədəfləri, gələcək planları və Azərbaycan güləşinin inkişafına dair vizyonu diqqətə çatdırılıb. Veteran güləşçilərin zəngin təcrübəsinin və biliklərinin bu prosesdə əhəmiyyəti vurğulanıb, onların fikir və təkliflərinin federasiyanın gələcək fəaliyyətində nəzərə alınmasının vacibliyi qeyd edilib.

Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov, dünya çempionatında medal qazanmış veteran güləşçilər, Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Rafiq Hacıyev, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı çıxış edərək təkliflərini səsləndiriblər. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, veteranların rəy və tövsiyələri dinlənilib.

Bu görüş Azərbaycan güləşinin zəngin ənənələrinin qorunması, nəsillər arasında əlaqələrin möhkəmləndirilməsi və veteranların idman ictimaiyyətinin həyatında fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. AGF veteran güləşçilərlə dialoqun və əməkdaşlığın davamlı olmasına xüsusi önəm verir. Bu istiqamətdə belə görüşlərin mütəmadi təşkili, veteranların təcrübəsindən yararlanılması və onların Azərbaycan güləşinin inkişafı ilə bağlı təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri