Icma.az
close
up
RU
De Bleker hakim səhvini etiraf etdi: “İkinci sarı vərəqə ilə cəzalandırılmalı idi” İdman və Biz

De Bleker hakim səhvini etiraf etdi: “İkinci sarı vərəqə ilə cəzalandırılmalı idi” İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XIX turunun “Neftçi” – “Sabah” (1:1) oyununda yaşanan mübahisəli məqamlara aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qarşılaşmadakı epizodları şərh edib.

Mütəxəssis 65-ci dəqiqədəki mümkün penalti vəziyyətindən danışıb: “Sabah” ın 88 nömrəli hücumçusu (Xəyal Əliyev) cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin 44 nömrəli müdafiəçisi (Yuri Matias) top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və hücumçu yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdır və belə hallarda müdaxilə xətti yüksəkdir. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdır. Amma həmin epizodda çiyinə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik”.

De Bleker baş hakim Kamal Umudlunun Yuri Matiasa ikinci sarı vərəqə ilə qırmızı göstərməli olduğu qənaətindədir: “Lakin “Neftçi”nin 44 nömrəli oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz “istehzalı alqış”ı qəbuledilməzdir. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdır və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdır. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdır”.

Qeyd edək ki, paytaxt derbisi 1:1 hesabı ilə başa çatıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri