De Brüyne Qarabağ a qarşı oynamayacaq
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Napoli”nin futbolçusu Kevin De Brüyne zədələnib.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "İnter"lə görüşdə zədə alan belçikalı yarımmüdafiəçinin biseps bud sümüyündə yüksək dərəcəli yırtıq aşkarlanıb. De Büyne artıq reabilitasiya proqramına başlayıb.
İtaliya mətbuatı ciddi əzələ zədəsi alan futbolçunun bir neçə aylıq sıradan çıxdığını yazib.
Qeyd edək ki, 34 yaşlı futbolçu bu mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasında oyun noyabrın 26-da Neapolda keçiriləcək.
Baxış sayı:22
Bu xəbər 27 Oktyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















