De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın H qrupunun 2-ci turunda Səudiyyə Ərəbistanı üzərində qazanılan 4:0 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, o, komandasının xüsusilə ilk hissədə yüksək səviyyədə çıxış etdiyini bildirib.
“Müstəsna birinci hissə və yaxşı ikinci hissə keçirdik. Bu nəticə bizə müsbət dinamikanı qorumağa və qarşıdakı vacib matçlara hazırlaşmağa kömək edir. Uruqvayla görüş çətin və ağır olacaq” - deyə mütəxəssis bildirib.
De la Fuente futbolçularla oyundan əvvəl daha intensiv və daha sürətli futbol oynamaq barədə danışdıqlarını vurğulayıb:
“Bu barədə futbolçularla müzakirə aparmışdıq və hamımız razılaşmışdıq ki, oyunumuzda daha çox vertikallıq və intensivlik olmalıdır. Bu, vurduğumuz zərbələrdə də özünü göstərdi. İlk dəqiqədən rəqibə təzyiq göstərdik və onları öz cərimə meydançalarında saxlaya bildik. Bu yanaşmadan çox razıyıq. Amma inkişaf etməyə və daha da böyüməyə davam etməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 İyun 2026 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















