Icma.az
close
up
RU
Dəbdəbəli yas mərasimləri sona çatır KONKRET

Dəbdəbəli yas mərasimləri sona çatır KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda ehsan mərasimləri uzun illərdir ki, həm dini, həm də sosial baxımdan mühüm ənənə kimi yaşadılır. Lakin son dövrlərdə bu mərasimlərin bəzi hallarda həddindən artıq xərc tələb etməsi, israfçılığa yol açması və ailələr üçün əlavə maliyyə yükünə çevrilməsi cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Bir çoxları hesab edir ki, ehsan üçün ayrılan vəsaitin daha faydalı istiqamətlərə – məsələn, yolların təmiri, ehtiyacı olan ailələrə yardım və ya ictimai layihələrə yönəldilməsi həm savab baxımından, həm də sosial fayda nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Bu yanaşma ənənənin mahiyyətini qorumaqla yanaşı, onu müasir dövrün tələblərinə uyğunlaşdırmaq kimi də qiymətləndirilir.

Bəs görəsən, ehsan ənənəsində israfçılıqdan uzaqlaşıb vəsaiti cəmiyyət üçün faydalı layihələrə yönəltmək Azərbaycanda yeni və davamlı bir ənənəyə çevrilə bilərmi?

Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov KONKRET.az-a açıqlamasın da bildirib ki, hal-hazırda cəmiyyət buna hazır deyil, çünki, bir ara dövlət qurumları tərəfindən ehsan süfrələrinin yığışdırılması məsələsi gündəm olmuşdu, ama insanlar tərəfindən qəbul olunmadı.

Əkrəm Həsənov

“Bu məsələ doğrudan da cəmiyyətin ən həssas nöqtələrindən biridir. İnsan yas içində olanda həm psixoloji, həm də sosial təzyiq altında qalır. Bir tərəfdən itkinin ağrısı, digər tərəfdən “camaat nə deyər” düşüncəsi üstünlük təşkil edir. Bildiyimiz kimi İslamın əsas prinsipinə baxanda görürük ki, ehsan anlayışı mahiyyət etibarilə mərhəmət, paylaşmaq və savab qazanmaq niyyəti üzərində qurulub. Amma bu, heç vaxt israf və nümayiş xarakteri daşımayıb. Quranda açıq şəkildə buyurulur ki, israf edənlər Allahın sevmədiyi kəslərdir. Digər ayədə isə bildirilir ki, yeyin, için, lakin israf etməyin. Bu artıq məsələnin dini sərhədini müəyyən edir. Deməli, dini baxımdan israfla müşayiət olunan ehsan ənənəsi əsas deyil, sonradan formalaşmış sosial davranışdır.
Peyğəmbərimiz (s.ə.s) dövründə bu məsələ daha aydın görünür. Səhih hədislərdə gəlir ki, Cəfər ibn Əbu Talib (əleyhissalam) şəhid olduqda Peyğəmbər (s.ə.s) buyurdu ki, onun ailəsinə yemək hazırlayın, çünki onlar dərd içindədirlər. Yəni İslamın gətirdiyi model odur ki, yas sahibinə yük yox, dəstək olunmalıdır. Bu gün isə əksinə, yas sahibi borca düşür, bəzən kredit götürür, sırf cəmiyyətin gözləntisini qarşılamaq üçün böyük süfrələr açır. Bu artıq dini deyil, sosial psixoloji təzyiqin nəticəsidir. Əvvəllər dünyasını dəyişən insanların evlərinə yaxınları, əzizləri yemək bişirib aparırdılar, indi bu pulla əvəz olunub. Bəzi bölgələrdə dünyasını dəyişən şəxsin yas yerinə pul yazdırılır. Bu pul həm ehsana, həm qəbir daşlarına gedir. Əlbəttə bu məbləğ bəs eləmir”.

İlahiyyatçı vurğulayıb ki, İslam alimləri də bu mövzuda açıq mövqe qoyublar.

“İmam Nəvəvi və İbn Abidin kimi alimlər qeyd edirlər ki, yas sahibinin qonaqlara yemək verməsi məkruh sayılıb, yəni bəyənilməyən əməl kimi xarakterizə olunur. Xüsusilə bu, israf və çətinlik yaradırsa alimlər bunu doğru hesab etmirlər. Belə deyək ki, bu gün biz “ənənə” kimi qoruduğumuz bir çox şey əslində İslamın təşviq etdiyi davranış deyil.

Müasir dövrdə isə məsələni daha geniş çərçivədə görmək lazımdır. Sosiologiya və psixologiya göstərir ki, insanlar kollektiv davranış modelindən asılıdır. Buna bizdə palaza bürün elnən sürün, camaat nə edirsə sən də elə etməlisən. Əksini edəndə deyirlər ki, bu adam dinə təzə bazar açır və.s. Bir cəmiyyət uzun illər bir davranışı norma kimi qəbul edibsə, onu dəyişmək yalnız fərdi çağırışlarla mümkün olmur. Burada həm rəsmi qurumların, həm dini institutların, həm də ziyalıların paralel fəaliyyəti lazımdır. Əks halda dəyişiklik ya gecikir, ya da ümumiyyətlə baş vermir. Əslində ehsan xərclərinin sosial faydalı işlərə yönəldilməsi həm dini, həm də rasional baxımdan daha doğru modeldir. Çünki İslamda sədəqənin ən fəzilətli formalarından biri davamlı fayda verən işlərdir. Peyğəmbər (s.ə.s) buyurur ki, insan öldükdən sonra əməli kəsilir, yalnız üç şey qalır: davam edən sədəqə, faydalı elm və dua edən övlad. Yol çəkdirmək, su quyusu qazdırmaq, kasıblara yardım etmək məhz bu davam edən savab kateqoriyasına daxildir”.

Ə.Həsənov qeyd edir ki, amma reallığı da düzgün qiymətləndirmək lazımdır.

“Cəmiyyət bu dəyişikliyə birdən-birə hazır deyil. Çünki insanlar yas mərasimini həm də sosial əlaqə forması kimi görürlər. Oraya gələnlər yalnız mərhum üçün yox, bir növ ictimai münasibətləri qorumaq üçün gəlirlər. Hətta bəzi hallarda ehsan verilmədikdə aqressiya belə yaranır. Bu yaxınlarda bölgələrin birində bir şəxs ehsan yemədiyi üçün gedib mərhumun qəbrini dağıtmışdı. Bu artıq məsələnin dini yox, sosial davranış problemi olduğunu göstərir. Çıxış yolu belə ola bilər ki, bu mövzu açıq müzakirə olunmalıdır. İnsanlara izah edilməlidir ki, savab süfrənin böyüklüyündə deyil, niyyətin səmimiyyətindədir. Əsas da dini qurumlar bu məsələdə daha aydın mövqe ortaya qoymalıdır. Eyni zamanda cəmiyyətin tanınmış ziyalıları, elm adamları bu dəyişimi şəxsi nümunə ilə göstərməlidirlər. Əgər bir neçə nüfuzlu insan ehsanı sadələşdirib və ya onu sosial layihəyə yönəldərsə, bu, tədricən normaya çevrilə bilər.
Ən vacibi odur ki, insanlara qorxu yox, anlayış verilməlidir. Əgər bir ailə ehsan süfrəsi açmasa, ona qınaq yox, hörmət göstərilməlidir. Bu dəyişmədikcə heç bir qərar real nəticə verməyəcək. Belə deyə bilərəm ki, ehsan ənənəsinin israfdan uzaqlaşdırılıb cəmiyyət üçün faydalı istiqamətə yönəldilməsi həm dini baxımdan daha doğrudur, həm də sosial baxımdan daha faydalıdır. Amma bu, inzibati qərarla yox, mərhələli maarifləndirmə ilə mümkündür. Əks halda insanlar ənənəni tərk etmir, sadəcə gizli şəkildə davam etdirirlər.

Bu məsələni dəyişmək üçün cəmiyyətə tənqid yox, doğru istiqamət lazımdır. Din bunu artıq göstərib. İndi məsələ onu düzgün anlamaq və tətbiq etməkdədir”.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Aprel 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri