Icma.az
close
up
RU
Dəbdəbəli yaslar qanunla qadağan edilsin, ya yox...

Dəbdəbəli yaslar qanunla qadağan edilsin, ya yox...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dəbdəbəli yas mərasimləri Azərbaycanda ictimaiyyət arasında müzakirə olunan və narazılıq doğuran məsələlərdən biridir. Artıq bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Şirvan şəhəri, Ağdaş, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın bir sıra kəndlərində yas mərasimlərində ehsan verilməsinin dayandırıldığı deyilir.

Rayon ağsaqqallarının qərarı ilə yas məclislərində çay, qənd, limon və xurma verilir, təmtəraqlı mərasimlər ləğv edilib.

Lakin ənənəvi yas mərasimlərinin digər ərazilərdə davam etdirilməsi ikilik yaradır. Belə müzakirələr gedir ki, bu istiqamətdə inzibati tədbirlər görülməlidir.

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, yas mərasimlərinin keçirilməsi forması ilə bağlı insanların fərqli düşünməsi qəbul olunmalıdır:

“Bir sıra insanlar yas mərasimlərini sadələşdirmək istəyir. Bir qrup insanlar isə , normal qaydada öz yas mərasimlərini keçirsinlər, yoxsa yox qərar verə bilmirlər.  Özlərini əziyyətə salırlar. Ona görə də nümunələr artdıqca digər insanlar da bundan ibrət götürüb yas mərasimlərini yüngülləşdirəcəklər. Başqa çıxış yolu yoxdur”.

F.Mustafa bu istiqamətdə hər hansı inzibati addımların atılmasının doğru olmadığını düşünür:

“Burada inzibati qaydada nəsə addım atmaq doğru deyil. İnsan daha irəli düşüncəli olanda deyir ki, mən niyə özümü bu qədər xərcə salmalıyam və yas mərasimini sadələşdirir. Bir qisim insan var ki, ümumiyyətlə, işini mürəkkəbləşdirir, sonra da hamıdan çox onun əziyyətini çəkməli olur. Problemin kökü budur”.  

İlahiyyatçı Elşad Miri isə qeyd edib ki, əvvəla Təzəpir və digər məscidlərdəki ehsan məclislərindən başlamaq lazımdır:

“20 ildir ki, bu məsələ ətrafında danışırıq. Deməli, bu gün artıq danışıqlarımızın müsbət nəticəsi formalaşır. Bu gözəldir, alqışlanasıdır. Bundan öncə Naxçıvan belə bir metoda əl atdı və gözəl də nəticə əldə olundu. İnsanlar nə qədər dilə gətirməsələr də, bunu qeyd edirlər, çünki böyük bir yükdən qurtulurlar. Bunlar alqışlanasıdır. Digər rayonlarda da eyni metod tətbiq olunacaq. Bunlar sistemli şəkildə həyata keçirilir. Mənim arzum, istəyim odur ki, bu işə ilk növbədə Təzəpirdəki, Heydər Əliyev adına məscidin ehsan yerindən başladılsın. Yas mərasimlərindəki problemlərin aradan qaldırılması üçün bu gözəl nümunə olar. Ona görə də bu məsələdə heç kəsə güzəştə gedilməməlidir. Əslində əsl yas sadələşdirilmiş olandır. Sonrakı məsələlər bəzi adamlar tərəfindən məxsusi şəkildə ortaya atılmıış və oradan gəlir əldə edənlərin oyunu idi. Təəssüf ki, insanlar da bunu vərdiş halına gətiriblər”.

E.Miri vurğulayıb ki, dövlətimiz də insanları düşündüyü üçün belə bir qaydaların formalaşdırılması başadüşülən və alqışlanasıdır:

“O vaxt pandemiya dövründə istər-istəməz qaydalara əməl edirdik. Pandemiya aradan qalxan kimi insanlardan bəziləri onlara aşılanan vərdişlərə, din biznesmenlərinin etdiklərinə yükləndilər. Başqa variant olmurdu. Ona görə də bu məsələnin bu formada həyata keçiriməsi ən gözəlidir. Bu, insanların faydasınadır. Dövlətimiz də insanları düşündüyü üçün belə bir qaydaların formalaşdırılması başadüşülən və alqışlanasıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri