Icma.az
close
up
RU
Mingəçevirdə dəbdəbəli ehsan məclislərinin qadağan edilməsi müzakirə olundu FOTO

Mingəçevirdə dəbdəbəli ehsan məclislərinin qadağan edilməsi müzakirə olundu FOTO

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Mingəçevir Heydər Məscidində din xadimlərinin, jurnalistlərin, ictimayyət nümayəndələrinin, Mingəçevir Ağsaqqallar şurasının sədrinin iştirakı ilə Mingəçevirdə dəbdəbəli ehsan məclislərinin sadələşdirilməsi müzakirə edilib.
Bizim.Media- nın yerli bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən şəhər Ağsaqqallar şurasının sədri Mustafa Muradov bildirib ki, bütün regionlarda olduğu kimi Mingəçevir şəhərində də ehsan süfrələrinin təmtəraqlı yox, sadələşdirilmiş qaydada olması ilə bağlı müzakirələr olunmalıdır.
 

O, bu vəziyyətin Mingəçevir üçün zəruri olduğunu vurğulayıb. Mingəçevir Heydər məscidinin imamı İlham Səmədov da iclasda məsələ ilə bağlı öz fikirlərini belə bildirib:


”Bu, gözəl bir tədbirdir. Çox sağ olun ki, bu təklifi irəli sürmüsünüz. Bu tədbirlər bir neçə rayon və şəhərlərdə keçirilir. Məsələ budur ki, biz əvəlcə bunu birinci növbədə öz yaxınlarımızda, doğmalarımızın məclislərində tətbiq etməliyik ki, daha sonra başqalarına tövsiyə edək.
Əgər bu iş Mingəçevirdə baş tutarsa, bu böyük bir nəticə və böyük bir yol ola bilər".
Mingəçevir Heydər məscidinin imam müavini Müşfiq Nəcəfov öz çıxışında belə bir təklifin olmağından çox razılıq edib.
 

Telejurnalist İnqilab Şirinbəyli bu məsələyə münasibət bildirərək qeyd edib ki, yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin yığışdırılması ilə bağlı təşəbbüslər heç də bütün ölkəni əhatə edə bilməz:


”Bu məsələdə biz konkret nəticələrə varmaq istəyiriksə, bu, hüquqi normativ qərarlarla tənzimlənməlidir. Yəni yerlərdən gedən ictimai təşəbbüslərə və təkliflərə müvafiq qurumlardan adekvat reaksiya olmalıdır və bu məsələ Milli Məclisin müvafiq komitəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxslərinin iştirakı ilə müzakirə olunmalıdır. Eyni zamanda bununla bağlı ictimai dinləmələr keçirilməlidir”.



Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri