Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Atatürk Mərkəzində “Dədəmiz Dədə Mədəd” kitabının təqdimatı keçirilib

Atatürk Mərkəzində “Dədəmiz Dədə Mədəd” kitabının təqdimatı keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı il noyabrın 12-də Azərbaycanda Atatürk Mərkəzində “Nur” informasiya agentliyinin – “nur.info.az” saytının redaktoru, şair-publisist Aygün Akınayın görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr etdiyi “Dədəmiz Dədə Mədəd” adlı publisistik toplu-kitabın təqdimat mərasimi keçirilib.  Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, görkəmli alimlər, tanınmış dövlət, elm və incəsənət xadimləri, ziyalılar, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvləri, yazıçılar, şairlər, jurnalistlər, ictimai xadimlər, o cümlədən, ictimai birliklərin, media və kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin, akademik Mədəd Çobanovun ailə üzvləri, qohumları, yetirmələri, keçmiş şagirdləri və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tanınmış ədəbiyyatşünas, ədəbi-tənqidçi, esseist, şair və publisist Əsəd Cahangir açıb, şair-publisist Aygün Akınayın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, görkəmli türkoloq Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş kitabın əhəmiyyətini yüksək qiymətləndirib.

Sonra görkəmli alim, tanınmış jurnalist, çağdaş Azərbaycan ədəbiyyatşünaslığının sevilən simalarından biri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, bir sıra yerli və beynəlxalq mükafatların laureatı Salidə Şərifova “Akademik Mədəd Çobanov – Türk ədəbi dillərinin tədqiqatçısı” mövzusunda geniş məruzə ilə çıxış edib, uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının və Türk Dili Qurumunun üzvü olmuş, Beynəlxalq Turan Akademiyasının və Nyu-York Elimlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun elmi fəaliyyəti, Azərbaycan ədəbi dilinin, Azərbaycan dialektologiyasının, onomastikasının, ümumtürkologiyanın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyən edən tətqiqatlarını təhlil edərək Azərbaycanın dilçiliyinə verilən töhfələrindən danışıb.

Milli Məclisin üzvü, siyasi elmlər doktoru Elman Nəsirov Cəlilabad ədəbi mühitin yetirməsi olan Aygün Akınayın yaradıcılığını yüksək qiymətləndirib.

Sonra söz uzun müddət Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbinin rəisi-rektoru və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı hərbi attaşesi vəzifəsində çalışmış, Milli Müdafiə Universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunda Humanitar elmlər şöbəsinin rəisi və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktor, professor Nurulla Əliyev akademik Mədəd Çobanovla bağlı xatirələrini söyləyib.

Sonra tanınmış türkoloq Minəxanım Nuriyeva, Prezident təqaüdçüsü Bilal Alarlı,  Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, AYB üzvü Xalidə Nuray, tanınmış şair-jurnalist Fərman Borçalı, şair Hicran Əhməd, tanınmış şair Yusif Nəğməkar, tanınmış şair-jurnalist Faiq Balabəyli, tanınmış publisist Elbəyi Salmanov və digərləri akademik Mədəd Çobanovun elmi yaradıcılığından söhbət açıb, alimin əsərlərini təhlil ediblər.

Mədəd Çobanovun ailə üzvləri adından - qızı Təranə Çobanova, qohumları və dostları adından tanınmış iqtisadçı, dövlət qulluqçusu və ictimai xadim Xıdırnəbi Qaralov kitabın tərtibatçı müəllifi Aygün Akınaya təşəkkür ediblər, akademik Mədəd Çobanovun mənalı həyat yolundan, onun zəngin elmi-pedaqoji fəaliyyətindən söhbət açıblar. 

Bədii qiraət ustası Cəbrayıl Qənbər Aygün Akınayın şeirlərini səsləndirdikdən sonra söz müəllifə verilib. O, öz ömür yolundan, yaradıcılıq fəaliyyətindən, kitabların yazılması və nəşri prosesindən danışıb, tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz minnətdarlığını bildirib.

Sonda Azərbaycan Texniki Universitetin əməkdaşı, "Ziya" qəzetinin və "ZİM.Az" saytının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçusü Müşfiq Borçalı ailələri atası akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Dədəmiz Dədə Mədəd” kitabının müəllifinə, Azərbaycanda Atatürk Mərkəzinin rəhbərliyinə, mərkəzin rəhbəri, görkəmli alim, tanınmış türkoloq və ictimai xadim, akademik Nizaml Cəfərova, mərkəzin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Borçalı” və “Türk Dünyası İnfo” ictimai birliklərinin sədri Dəyanət Osmanlıya təşəkkürünü bildirtib.

Sonda qonaqlara kitablar hədiyyə olunub. 

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see277

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see273

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see271

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see270

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see262

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see252

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see248

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see232

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see222

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see220

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see212

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see208

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see208

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see205

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see204

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see202

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see198

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see192

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri