Icma.az
close
up
RU
“DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi

“DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnfrastrktur Departamentinin böyük mexaniki Eldar Güləliyev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Rəhbərlikdən şikayətçi olan E.Güləliyevin məktubunu olduğu kimi dərc edirik:

“Diqqətinizə çatdırım ki, mən “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin XAZ sexinin böyük mexaniki işləyirdim.  Tərəfimdən istifadə olunması üçün mühafizə olunan dəmir yolu keçidi üçün 900 metr kabel lazım idi. Bu barədə idarənin rəisi Elxan İsmayılova müraciət etdim. O bildirdi ki, kabel yoxdur. Halbuki idarə dövlətimiz tərəfindən izolyasiya olunmuş külli miqdarda qiyməti olan kabellərlə təmin olunub.

İnsanların həyatı təhlükədə olduğu üçün, məcbur qalıb, bu barədə ölkə başçısına şikayət ünvanladım. Bundan sonra Elxan İsmayılov məni kabellərlə təmin etdi. Lakin iclasda dedi ki, “nə olsun Prezidentə şikayət etmisən, istəyirsən lap Səddam Hüseynə şikayət et, burda qanun mənəm...”. Bundan sonra şikayət etdiyim üçün məni işdən azad etdilər. Üstəlik, mənə düşən əmək haqqımın 5 misli miqdarında kompensasiyanı da vermədilər.

Bununla əlaqədar müraciət etdikdə, İnsan Resursları şöbəsinin əməkdaşları Sevinc Məmmədova və Nahid Bədirov mənə dedilər ki, get hara istəyirən şikayət et, sənə kompensasiya verilməyəcək.

Hətta 2 ay ərzində mənim əmək kitabçamı da qaytarmadılar. Halbuki, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin Sevinc Məmmədovanın bu sahədə savadı çatmadığı üçün və ya digər səbəblərdən əmri təqdim etmiş, lakin əmək kitabçasını 2 ay təqdim etməmişdir. Mən Əmək Müfəttişliyinə şikayət etdikdən sonra əmək kitabçam qaytarıldı.

Bildirim ki, 42 il iş stajı olan dəmiryolçulayam, işim daimi olsa da, məcburiyyət qarşısında mənə müddətli müqavilə imzalatdırmışdılar. Və işəgötürən Elxan İsmayılovun yaxın dostu Qəzənfər Abduləzimov bundan sui-istifadə edərək, mənim müqaviləmə xitam verdi.

31.01.2025-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin qəbuluna getdim, ona hər şeyi izah etdim. Cənab nazir mənə bildirdi ki, sizin kompensasiyanız ödəniləcək və bu iş nazirliyin insan resursları şöbəsinin rəisi Renat Rüstəmova tapşırıldı. Həmin şəxs mənimlə əlaqə saxlayıb soruşdu ki, sizə nə qədər pul ödənilməlidir? Mən də dedim ki, əmək haqqımın 5 misli, yəni 5000 manat. Dedi yaxşı, Elxanla danışaram. 2 gündən sonra isə mən ondan məktub aldım. Məktubda qeyd olunurdu ki, bunun bizə aidiyyatı yoxdur, get məhkəməyə müraciət et(Həmin məktubu da sizə təqdim edirəm).

Mən ona zəng edib soruşdum ki, bu nə məktubdu mənə göndərmisiz, bəyəm nazir bilmir bunun kimə aidiyyatı var, axı o, mənə camaatın içində söz verdi ki, pulun ödəniləcək. Renat Rüstəmov dedi ki, o məktubu ele-belə göndərmişəm, sənin pulun ödəniləcək.

Qeyd edim ki, 03.02.2025-ci il tarixində Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun qəbulunda da olmuşam. O da mənə söz verdi ki, 42 il stajlı dəmiryolçu olduğun üçün biz tərəfədən sənə 1000 manat ödəniləcək. Deyildiyi kimi, mənə 1000 mənə ödənildi və bildirildi ki, bu, sırf AHİK tərəfindən ödənilir və nazirin vəd etdiyi 5 misli əməkhaqqı ilə əlaqəsi yoxdur.

Sonradan Renat Rüstəmov AHİK-dən verilən pula şərik çıxmaq istədi. Zəng edib məndən soruşdu ki, nə oldu ,sənə pul ödənildi? Dedim, o pul 1000 manatdır, AHİK tərəfindən ödənilib, onun sizə aidiyyatı yoxdur. Dedi ki, yox, əslində sənə heç o da düşmür, müraciət etmisən deyə sənə onu veriblər. Dedim ki, nazir özü mənə söz verib, siz adi işçisiniz, necə qərar verə bilərsiniz ? Həm də əgər mənə pul düşmürdüsə, göndərdiyiniz məktubda elə yazardınız da, niyə yazırsınız ki, bizə aidiyyatı yoxdur?! Həm də əgər qanunla mənə o pul düşmürsə, bəs 1000 manat  niyə verilib?! O, sualıma cavab verə bilmədi.  Ondan sonra mənim zənglərimi də cavabsız qoydu. Görünür, nazirin sözünə əhəmiyyət verən yoxdur, onun tapşırıqları yerinə yetirilmir. Bu səbəbdən, istəyirəm məsələni işiqlandırım ki, söhbət cənab Rəşad Nəbiyevə çatsın. O, nə cür işçiləri olduğunu görsün”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri