Icma.az
close
up
RU
“Get, kimə istəyirsən şikayət et!” Vəzifənin yükü, qüdrətin kölgəsi

“Get, kimə istəyirsən şikayət et!” Vəzifənin yükü, qüdrətin kölgəsi

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda, bəlkə də təkcə burada yox, dünyanın saysız-hesabsız ölkəsində bir fenomen var: vəzifəyə keçmək səlahiyyət daşımaq yox, üstünlük qazanmaq kimi qəbul olunur. Elə bil vəzifə kürsüsü bir pillə yüksəlmək yox, yerə baxmadan yuxarıdan aşağı “get kimə istəyirsən, şikayət et” demək hüququ verir.

Bu cür replikalar, təəssüf ki, çoxumuz üçün tanışdır. İnsan hər hansı xidmətə ehtiyac duyur, rəsmi qapını döyür, izah edir, qarşı tərəf isə səbrlə dinləmək və məsələni çözmək əvəzinə, bir növ meydan oxuyur. Sanki deyir: “Mən bu kresloda oturmuşamsa, sənin haqqın mənim istədiyim qədər var.”

Amma sonra nə baş verir? Əgər məsələ mətbuata düşürsə, sosial şəbəkədə işıqlandırılırsa və ictimai təzyiq yaranırsa, o "səsini yüksəldən" məmur birdən-birə quzuya çevrilir. Bəzən həmin şəxs zəng edib üzr istəyir, bəzən xəbəri sildirməyə çalışır, bəzən isə “yanlış anlaşıldım” kimi artıq tanış izahların arxasında gizlənir. Halbuki vəzifə bir gün media tərəfindən xatırladılacaq bir məsuliyyətdirsə, niyə ilk gündən bu məsuliyyəti dərk etmir?

Əslində problem təkcə vəzifəlilərin rəftarında deyil. Daha dərin, köklü bir məsələ var. Biz vəzifəni bir imtiyaz, bir üstünlük, bir cəngavərlik kürsüsü kimi görürük. Sanki kresloya oturmaqla hər şey bizim ixtiyarımıza keçir. Qanun, qayda, etik çərçivə sadəcə “istəsək” işləyir.

Halbuki vəzifə sözün əsl mənasında bir vəzifədir. Yəni görüləcək iş, daşınacaq yük, veriləcək hesabat deməkdir. Amma çox zaman bu anlayış unudulur və yerini nümayişkaranə davranışlara, şax durmağa, səs tonunu yüksəltməyə, insanların gözünün içinə baxaraq “get kimə istəyirsən, şikayət et” deməyə verir.

Təbii ki, istənilən sahədə haqsız şikayətlər, əsassız narazılıqlar ola bilər. Hər hansı rəsmi şəxs də deyə bilər ki, “şikayət etməkdə sərbəstsiniz, biz işimizi qanuna uyğun görürük”. Amma bunun da bir ədəbi, tərzi, insanlığı var. Xidmət göstərənlə xidmət alan arasında münasibət yuxarıdan-aşağıya yox, bərabər ünsiyyət əsasında qurulmalıdır. Vəzifənin böyüklüyü səbir, dinləmək bacarığı, təmkin və etik davranışla ölçülür səs tonu ilə yox.

Hər dəfə mediada vəzifəli şəxslərin üzr istəyən, geri çəkilən, “əslində belə olmayıb” deyən versiyalarını gördükcə, bir sual doğur. Əgər bu qədər açıq-aşkar haqsız idinsə, niyə əvvəlcədən etik davranmadın? Əgər haqlıydınsa, niyə ictimai təzyiqə məğlub oldun?

Ona görə də ya məsuliyyətin fərqində olub ilk gündən ləyaqətlə hərəkət etmək lazımdır, ya da sonuna qədər sözünün arxasında durmaq. Amma ən gözəli, insanlıqdan və qanundan kənara çıxmamaqdır, çünki kreslo ötəridir, yazılan, paylaşılan, xatırlanan isə qalıcı.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri