Icma.az
close
up
RU
Dedilər ərin Şəmkirlidir, pulu var, ona görə xəyanəti bağışladın Nagehan Abdullayeva ilə özəl müsahibə Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Dedilər ərin Şəmkirlidir, pulu var, ona görə xəyanəti bağışladın Nagehan Abdullayeva ilə özəl müsahibə Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

"Azxeber media”nın "Gəl danış" rubrikasının bu həftəki qonağı ən bahalı blogerlər siyahısında ilk üçlükdə yer alan Nagehan Abdullayevadır.


- Salam, xoş gəlmisiniz yenidən Azərbaycana.

-Salam, xoş gördük. Burada olduğum üçün çox xoşbəxtəm.

- Bakı sizin üçün nə ifadə edir? Bakıya gələndə hansı hissləri keçirdirsiniz?

- Bakı mənim ikinci evim yox, elə birinci evimdir. Çünki mən Bakıya gələndə çox uşaq idim. Gənc qız dönəmlərimi burada keçirdim. 6 il burada yaşadım və bu heç də az müddət deyil. Burada böyüdüm, burada dostlar qazandım. Yəni, bura mənim üçün çox doğma və fərqli yerdir.  Bakıya gələndə özümü həqiqətən də evimə gəlmiş kimi hiss edirəm.

-Türkiyəyə gedişiniz daimidir? Yenidən Bakıya dönmək kimi fikriniz var?

- Son zamanlara qədər geri dönmək kimi bir fikrimiz yox idi. Amma həyatdır, heç nə bəlli olmaz. 1-2 həyata keçirtmək istədiyimiz layihələrimiz var. Bunlardan biri də Bakıdadır. Amma indi işlə bağlı gəlmişəm. Bugün çəkiliş elədiyimiz bu məkan bizim Türk dostlarımızın yeni məkanıdır. Yəni, Bakıya gəlişim buranın açılışı bu ilə bağlıdır, onların dəvəti ilə gəlmişəm. 

- Bakıya sadəcə işlə bağlı gəlirəm deyirsiz. Təbii ki, işiniz də reklam etmək və faydalı məlumatları izləyicilərin ilə bölüşməkdir. Bu günə qədər sınamadığınız və ya faydasını görmədiyiniz bir şeyi reklam eləmisiz?

- Yox, onu eləmirəm. Bunu izləyicilərim də yaxşı bilir. Mənim izləyicilərimə reklam baxımından verdiyim effekt də sırf bu üzdən yaxşıdır. Çünki, mən özümə faydası olmayan bir şeyi, başqasına məsləhət görmərəm. Həyatda hər birimizin səhvi olur, amma həqiqtən bunu eləməmişəm.

- Sizin üçün ən bahalı bloger deyilir. Doğrudur?

- Bəli, o siyahıda adım gedir. (gülür) Niyə,bilmirəm.

- Bir paylaşımın qiymətini deyə bilərsiz? 

- Yox, ehtiyac yoxdur məncə.

- Bu günə qədər sifarişçi ilə və ya işlədiyiniz markalarla aranızda problemlər olub?

- Olmayıb deyə bilmərəm, əlbəttə olub. Amma çox şükür ki, problem yaşamamışam. Məsələn, deyir ki, mən bunu belə etmək istəyirəm. Mən də izləyici kütləmin nəyə xitab etdiyini bildiyim üçün çalışıram ortaq yol tapaq.

Əslində, sizin izləyicinizə yansıtdığınız real həyatda yaşadığınızdır. Davanız da, sevginiz də, övladlarınızın dünyaya gəlməyi, kənd həyatı və ya tətilləriniz olsun. Düşünürəm ki, ona görə sizi daha çox sevirlər, inanırlar, güvənirlər.

- Təbii ki. Çünki real həyatı izləyiciyə yansıdan zaman səni sevirlər. Mən hər dəfə kamera qarşısına keçdiyimdə makiyajlı olmuram. Sən məni az çox tanıyırsan. Makyaj məni yorur. Kəndə gedirəm o həyata uyğunlaşıram, çünki sevirəm. ən çox həzz aldığım şey inəyin südünü sağmaqdır. Mən izləyicilərimi sevirəm, izləyicilərim də məni sevir. Təbii ki, sevməyənlər də var. Kimsə, kimsəni sevməyə məcbur deyil, amma hörmət etməyə məcburdur.  Bəzən izləyici olur ki, həddini aşır. Bu zaman mən də kobud cavab verirəm. İnsanlarda o zaman deyirlər ki, Nagehan kobuddur. Amma başa sala bilmirsən ki, niyə?

Deyərdim ki, Fəriddən çox siz məşhur olduz. Çünki Türkiyə nə qədər qardaş dövlət olsa da, təbii ki, başqa ölkədən gəlmək, dinimiz, dilimiz bir olsa da, burada özünü sevdirə bilmək çətindir. Və mən düşünürəm ki, bu Fəridə görə deyil. 

- Fərid mənə bu yolu açıb. Təbii ki, televizora çıxmağın da, tanınmağımızda rolu var idi. Daha sonra Fəridlə ailə hayatı qurduq və bu bizi daha da ön plana çıxardı. Fəridlə tanındım, amma insanlar məni də sevdilər. Fəridin yoldaşı olaraq yox, Nagehan olduğum üçün. Burada sevildiyimi hiss edirəm və bunu bilmək çox gözəldir.

Halbuki bu ailə qurulanda heç kəs doğruluğuna inanmırdı. Artıq 9 ildir birlikdəsiniz, bunun da 6 ilini Azərbaycanda yaşamısınız. Ailələrinizlə qarşılıqlı  münasibətləriniz necədir?

- İlk zamanlardan həmişə demişəm, mənim ailəm Fəridlə ailə qurmağımı istəmirdi. Bu anlaşmazlıq illərlə belə davam edib. Amma indi mənim anam Fərid üçün ölür. Yəni biz münaqişə edəndə anam hər zaman Fəridin tərəfini tutur. Qayınananam da həmişə mənim tərəfimdə olub. Fərid haqlı da olsa, haqsız da olsa, qayınanam hər zaman mənim yanımda olub. Bizim münasibətlərimiz gəlin-qaynanadan çox ana və qızı kimidir. Bir-birimizi çox sevirik. 

- Ailədə problem yaşananda biz qadınlar bir müddət sonra həyat yoldaşımızı seviriksə bağışlayırıq, yolumuza davam edə bilirik. Amma bizim validəynlərimiz onu bağışlamırlar. İkinci dəfə barışığınızdan sonra ailələr arasındakı o münasibətlər olduğu kimi qala bildi?

- Təbii ki, qala bilmir. Çünki bizim son ayrılığımız qəti idi və sadəcə uşaqlara görə birlikdə idik. Barışmamışdıq, amma yan-yanaydıq. 4-5 ay bu belə davam etdi. Çünki uşaqlarım atalarına çox bağlıdırlar. O, çox yaxşı atadır. Amma bu soyuq münasibətlər 4-5 ay müddətində ailə, xüsusən də mənim anam tərəfindən davam etdi. Atam mülayim insan olsa da anamın bir insanı bağışlamağı bir az çətin olur. Amma çox şükür ki, bunu da geridə qoyduq.


- Bakıdan gedəndə boşanmaq qəti qərarınız idi?

- Barışmağı əsla gözləmirdim. Mən bunu dəfələrlə səhifəmdə də dönə-dönə deyirdim ki, əsla barışıq olmayacaq. Həyatıma Fərid yoxmuş kimi davam edirdim. Kağız üzərində evli olsaq da qarşılıqlı şəkildə münasibətlərimiz bitmişdi.

-Xəyanəti özünüz etiraf etdiyiniz üçün rahatlıqla bu sualı vermək istəyirəm. Qadın xəyanəti nə vaxt bağışlayır və ya nə vaxt bağışlamalıdır?

-Bu o qədər çətin bir sualdır ki, Aysel. Çünki o dönəm çox ağır şeylər yaşadıq. İnciyirsən, qırılırsan, nə hiss etdiyini bilmirsən. Duyğularla, beyin bir-biri ilə savaşır. Mən heç vaxt ağılla hərəkət edən insan olmamışım, hər zaman duyğusal tərəfim ön planda olub. Bu arada, bu ayrılıq qarşılıqlı idi. Fərid də istəmirdi, mən də. Ancaq uşaqlarla münasibət saxlayırdı. Biz həmişə demişik ki, bizim aramızdakı soyuq münasibət uşaqlara yansımasın. Onların yanında düşmən də olsaq, üzümüz gülməlidir. Oğlum Yamac atasına, Kumsal isə mənə çox bağlıdır. Ona görə qadınlara bu mövzuda heç nə deyə bilmirəm. Bu sualı mənə çox verirlər və mən buna cavab verə bilmirəm. Mən bu dönəmi professional yardım alaraq keçirmişəm. Onlar mənə bağışlamağı öyrətdilər. Bu yaşadıqlarım həyatımda üzləşdiyim travmalara bağladılar. Daha sonra başa düşdüm ki, buna qalib gəlməliyəm. Bəlkə də bağışlamağım ona görə belə asan oldu. Belə dönəmlərdə psixoloji dəstək almaq çox önəmlidir. Əslində bunu yaşamayan insanlar da psixoloqa getməlidir. İndi gün ərzində o qədər qayğılarla üzləşirik ki, yoruluruq. İnsanlar pul qazanmaq üçün ancaq işə qapılır. Bu da insan psixologiyasını bir müddət sonra çökdürür.

- Ailədə kişi ilə qadın hər ikisi işləyəndə şəxsi münasibətlər soyuyur?

- Bəli! Bir an ayılırsanki ailənin içində sevgisiz, diqqətsiz qalmısan. Bizdə də belə oldu. Mən işə və uşaqlarıma çox vaxt ayırırdım. Fərid də öz işində, gücündə. Ortaq nöqtəmiz sadəcə uşaqlar idi. Elə bir hala gəlmişdik ki, həyat yoldaşı olduğumuzu unutmuşduq. Bunu bilərək eləmirsən. Sadəcə olaraq mən işləməyi çox sevirəm. Boş duranda sıxılıram. 

- Bu gün yaşadığınız həyat sizin çalışanlığınzın qarşılığıdır. Çünki blogerlik elə də asan bir şey deyil, maraqlı kontent yaratmalısan. Bütün bunları bir günə necə çatdırıb yetişdirirsiz?

- Bir ara işi atmışdım. Maraqlı heç nə edə bilmirdim. Bazən inanmırlar, amma həqiqətən də insan bir an olur ki, tükənir. "Tükənmişlik sindromu" deyilən xəstəlik həqiqətən də var. Deyirlər ki, bu qədər pulun içində,niyə xoşbəxt deyilsən? Pul nədir ki? Doğrudur, insan bir yerə qədər xoşbəxt olur, gəzir, alış-veriş edir. Bu hamımızı xoşbəxt edə bilər. Bir yerdən sonra amma həyatında boşluq olduğunu hiss edirsən. Artıq olnlarla yetinmirsən, fərqli bir şey etmək istəyirsən. Çünki insan əsas sevgi görmək istəyir. Sevgi olanda bütün işlər, düzəlir, evin bərəkəti də artır, uşaqlar da travmasız böyüyür. 

- Fəridlə barışmanızı da reklam adlandırdılar. Çünki düşünürlər ki, cütlük olaraq reklamlardan daha çox gəlir əldə edirsiz.

- Bu əsla belə deyil, Aysel. Cütlük olaraq çəkildiyimiz reklam çarxlarına gəlin baxaq. 10 dənə reklam varsa, 4-də cütlük kimiyik. Qalan 6-da mən təkəm. Bəs mənim əməyim? Hətta deyirlər ki, "Sənin yoldaşın Şəmkirlidir. O qədər pulu var ki, sən ona görə onun xəyanətini bağışlamısan. Pullu kişini niyə bağışlamayasan? İnsan əri pulludur deyə aldadılmağı necə bağışlaya bilər? Mən bunu özümə sığışdırmaram axı. Buna görə onu bağılamış olsam mən niyə bu qədər işləyirəm? Ayaqlarımı uzadaram, onun pulunu yeyərəm. Fəridin ürəyi zəngindir, o çox yaxşı insandır, tərbiyəlidir. Cibində 20 qəpiyi varsa, onu ehtiyacı olana verər, əsla özünü fikirləşməz.

- Bəlkə, o üçüncü-dördüncü qadınlar onun elə bu xəsiyyətindən istifadə ediblər?  Kimslərəsə aldanıb?

- Bu elə mənim işlə çox məşqul olduğum dönəmlərə təsadüf etdi. Pişim-pişim edərək başını bişirmişdilər.

- Fəridin peşmançılığını hiss edə bilirsiz?

- Təbii ki. O, duyğularını çox da yansıda bilən bir adam deyil. Sən özün bilirsən, onu tanıyırsan. Heç vaxt sürpriz eləməyi sevməz, romantik deyil. 8-9 ildə 2 ya da 3 dəfə mənə çiçək alıb. Onun da biri rəklam qarşıığı olub, birini anam demişdir, birini də evdəki dayəmiz.(gülür) Adamın içindən gəlmir. Mən əvvəl düşünürdüm ki məni sevmədiyi üçün etmir. Amma anladım ki, elə deyil. Bəzi şeyləri 30 yaşdan sonra daha yaxşı başa düşürsən. İndi Fərdinən bir yerdəyik, şükür, ailəmiz tamdır, hər şey normaldır.

-Ürəyiniz onu bağışlayıb? 

- Bəli! Bağışlamışam və bitib. Çünki müalicəsini almışam. Əvvəl başına çox vurdum, hər davamızda deyirdim, xatırlayırdım. Özümə əngəl ola bilmirdim.  Sonra Fərid dedi daha bəsdir. Anladım ki, onu xatırlamaqla ancaq özümə ziyan edirəm və artıq xatırlamıram.

- Onu bağışladığınız üçün peşaman olmusuz?

- Yox, olmamışam. 

- Bəzi qadınlar düşünür ki, ailə dağılmasın deyə övlad dünyaya gətirəndə kişi ailəyə bağlanır. Sizcə də belədir?

- Əsla bu belə deyil. Bunu etmək olmaz. Çünki, ailə dağılmasın deyə uşaq dünyaya gətirdin, bəs o evlilik davam edə bilməyəndə övlad yazıq deyil? İnsanlar indi sadəcə olaraq boşanmaqdan qorxurlar. Boşanmada qorxulacaq bir şey yoxdur. Bu həyatda evlənmək də var, boşanmaq da var. Əsas olan öz ayaqların üzərində dura bilməkdir. Təhsil olmasa belə, indi hər şeydən pul qazanmaq olur. Ağlını işlədən qadın heç kimə dözmək məcburiyyətində deyil. Artıq sosial mediada o qədər onlayn işlər var ki, qadınların önünü açıb. Öz evlərində oturaraq, uşaqlarına baxaraq işləyib pul qazana bilərlər. 

- Əslində, şiddət görən qadınların çoxunun qorxusu ayrılaram, mənə kim baxar, hara gedərəm, necə işləyərəm deyə düşünməsidir...

- Bəli! Onun nəticəsidir ki, bu zamanda qadınlara bu qədər şiddət var. Çünki şiddət göstərərək qadının özgüvənini sındırırlar. Qadın özünə qapanır, nə edə bilərəm deyə düşünə bilmir. Fikirləşir ki, mən heç nə bacara bilmərəm. Amma belə bir şey yoxdur. Qadın istəsə, hər şey edə bilər.

- Bu yaxınlarda bir hamiləlik fotosu paylaşdınız. Hər kəs üçüncü övlad xəbərini gözləyir.

- Mən gün ərzində onlarla video paylaşan adamam. Mənim qarnımın birdən-birə o boyda olması, imkansız bir şeydir. (gülür). Elə bir şey olsa idi mən açıqlayardım. Çünki səbirsiz biriyəm. Mən artıq övlad istəmirəm. Allah istəyənlərə nəsib eləsin. İki övladım var, mənə bəs edir.

-Bu günə qədər hansı ən böyük arzunuza çatmısız?

- Ən böyük diləyim övladlarım idi. Maddiyyat hər cürə, hər zaman ola bilər. Avtomobilim var idi, satdım, Bakıdan köçəndə bütün geyimlərimi ehtiyacı olanlara verdim, ev əşyalarımı belə qoyub getdim. Sadəcə atam gəldi, özəl əşyalarımı aldı. Çünki burada hər şeyi qapadıb getmişdim. Mənim ən böyük sərvətim, bu həyatda istəyib də, eldə etdiyim, dünyaya getirdiyim Allahın mənə hədiyyəsi, iki övladımdır.

Onlar üçün necə bir həyat arzulayırsız?

- Mən Yamaçın futbolçu olmağını istəyirəm. O, 1 yaşında ayaq açıb, solaxaydır və sol ayağı ilə çox gözəl futbol oynayır.  Kumsal, isə baytar olmaq istəyir. Amma mən memar olmağını istəyərəm. Çünki mənim xəyalım memar olmaq idi, ingilis dili müəlliməliyi oxudum. İşimi görməsəm də, nəticədə bir peşəm var. 

- Azərbaycan özünüzün dediyi kimi sizin ikinci yox, məhz birinci vətəninizdir. İzləyiciləriniz sizi belə çox sevir. Çox sağ olun ki, bizə zaman ayırdınız.

-Məni bu qədər önəmsədiyiniz və dəyərləndirdiyiniz üçün mən sizə çox təşəkkür edirəm. Sizi sevirəm. Uğurlarınız bol olsun.

Aysel Hacızadə

Xanlar Əlizadə

seeBaxış sayı:68
embedMənbə:https://azxeber.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri