Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Dedim ki, arvadımı maşınınıza mindirməyin, özüm gətirəcəyəm

Dedim ki, arvadımı maşınınıza mindirməyin, özüm gətirəcəyəm

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gədəbəy rayonunda 59 yaşlı kişi tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 8-də rayon ərazisində yerləşən Göydəyə adlanan yaylaq sahəsində baş verib. 
1967-ci il təvəllüdlü Maqsud tanışı Şamil ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı onun ünvanına söyüş söydüyünə görə əlində olan ağacla baş, kürək nahiyəsindən zərbə vurub.
İş üzrə izahat verən Maqsud bildirib ki, Gədəbəy rayonunun kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir:
“Zərərçəkmiş Şamil ilə tanışıq. Mənim Şamil ilə münasibətlərim əvvəllər normal olub, aramızda ədavət, düşmənçilik olmayıb. Sentyabrın 8-də, saat 19 radələrində yaylaq sahəsində yaşadığım evdə olarkən Şamil və onun arvadı Adilə bir-biriylə dalaşdılar. Bu zaman Şamil bizi göstərərək nalayiq söyüşlər söydü. Mən də oğlum və qardaşım oğlunun Şamilin söyüşlərini eşidərək onunla dalaşacağını düşündüm və ondan söyüş söyməməsini istədim. Şamil isə sakitləşmədi, söyməyə davam etdi.
Mən də əsəbləşərək əlimdəki ağacla onu vurdum. Əlini tək özüm vurmuşam. Nə oğlum Aqil, nə də qardaşım oğlu Vüsal Şamili vurmayıblar”. 
İş üzrə zərərçəkmiş Şamilin sözlərinə görə, Şəmkir rayonunun qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində analığı Sürayə ilə birlikdə yaşayır:
“Doğma ata və anam ölüb. Bundan 2 il əvvəl Könül ilə evlənmişəm, 7 aylıq azyaşlı qız övladlarımız var. Heyvandarlıqla məşğul olduğum üçün yay aylarında Gədəbəy rayonu kəndinə gələrək orada analığıma məxsus evdə qalmışam”. 
Zərərçəkmiş deyib ki, təqsirləndirilən Maqsud, oğlu Aqil və qardaşı oğlu Vüsal ilə münasibəti qonşu olduğu vaxtdan yaranıb:
“Onların üçü ilə də münasibətim normal olub. Hətta Maqsud və oğlu Aqilə Adilə ilə evlənməyimdə vasitəçi də olublar. Subay olduğumu öyrənəndə onlar Adilə adlı tanıdıqları bir nəfər qız olduğunu, onunla evlənə biləcəyimi dedilər. Bundan sonra da biz evləndik. Adilə Şəmkir rayonunun kəndində qeydiyyatda olub. Aqil və atası Şamil Şəmkir rayonundan Gədəbəy rayonuna öz maşınları ilə bir neçə dəfə gətirdikləri üçün onlara arvadımı gətriməmələrini, özümün öz arvadımı gətirə biləcəyimi dedim. Belə dediyimə görə aramızda narazılıq yarandı. Aqil məni yumruqla vursa da, onun barəsində şikayət etmədim. Bundan sonra aramızda narazılıq yaranıb”.
Zərərçəkmiş şəxs deyib ki, sonuncu dəfə 8 sentyabr 2025-ci ildə, saat 19 radələrində yaylaqda yaşamaq üçün tikdikləri çadırda olarkən Adilə ilə aralarında sözlü mübahisə yaranıb:
“Mübahisəyə səbəb Sadiq adlı qonşumuzun həmin gün bizim üçün veş gətirməsi olub. Adilə Sadiqə niyə mənimlə dostluq etdiyini, məndən uzaq durmasını dedi. Bundan sonra Adiləni qaldığımız çadıra apardım. Mənimlə mübahisə etməsi üçün qəsdən öyrətdiklərini dedim və Adiləni öyrədənlərin ünvanına söyüşlər söydüm, çadırdan çölə çıxdım. Söyüş söydüyümü eşitdikləri üçün Aqil, Maqsud və Maqsudun qardaşı oğlu Vüsal arxamca gələrək onlara niyə söyüş söydüyümü dedilər, mənimlə mübahisə etməyə başladılar. Mən isə onlara deyil, Adiləni mənə qarşı dolduranlara, öyrədənlərə söydüyümü dedim. Bu vaxt Maqsud əlində olan ağacla başımın arxasına və kürək nahiyəmə, Vüsalla Aqil isə mənim müqavimət göstərməməyim üçün qollarımdan tutdular, yumruqla baş nahiyəmə bir neçə zərbə vurdular. Anam Sürayə məni qorumaq üçün araya girdi, Maqsud ağacla onu da əlindən vurdu. Daha sonra aralaşdışlar. Mən yuxarı öz çadırıma tərəf qalxdıqda isə Aqil öz qırmızı “Niva” markalı maşının arxamca üzərimə sürdü. Amma yana qaçdığım üçün məni vura bilmədi. Daha sonra maşından düşərək bıçaq çıxardı və bıçaqla məni hədələdi. O, bıçağı göstərərək “Səni, bax bu bıçaqla vurub öldürərəm”– dedi və sonra oradan getdi”.
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndlərinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyun 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri