“Dedim ki, at hər şeyi, gəl qayıdaq”
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Xalq artisti Məleykə Əsədova magistratura təhsili almaq üçün Çinə yollanan qızı Gülərdən ayrılmağın onun üçün çox çətin olduğunu etiraf edib.
Axşam.az xəbər verir ki, bu barədə "Qonaqcanlı" verilişində danışan sənətçi hətta qızına təhsilini yarımçıq qoyub geri qayıtmağı da təklif etdiyini bildirib.
"İstəməzdim qızımdan ayrı qalım. O da çox çətin oldu. Universitetə girəndə söz vermişdim ki, magistraturanı xaricdə oxuyacaqsan. Mən söz vermişəmsə, həmişə arxasında durmuşam. Övladlara heç vaxt yalandan vəd vermək olmaz.
O mənada çətin də olsa, getdik. Amma ayrılanda gördüm ki, ağlayır, mən də ağlayırdım. Təbii ki, bir-birimizdən ilk dəfə idi ki, bu qədər müddət ayrı qalacaqdıq. Dedim ki, "Qızım, at hər şeyi, gəl qayıdaq". Hər şeyi artıq həll etmişdik. Cavab verdi ki, “Yox, nə danışırsan? Mən oxumalıyam, zəif qız deyiləm axı”.
Baxış sayı:104
Bu xəbər 06 Noyabr 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















