Icma.az
close
up
RU
“DeepSeek”in süni intellekt tətbiqi dünyanın ən varlı adamlarının 108 milyard dollar itirməsinə səbəb olub

“DeepSeek”in süni intellekt tətbiqi dünyanın ən varlı adamlarının 108 milyard dollar itirməsinə səbəb olub

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın ən varlı 500 adamı bazar ertəsi günü Çinin süni intellektlə işləyən “DeepSeek” startapı ilə rəqabət qorxusu fonunda səhmlərinin azalması ilə birlikdə sərvətlərinin 108 milyard dollar azaldığını görüb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bir gün əvvəl bu itkilərin liderlərindən biri kapitallaşması rekord həddə - 600 milyard dollar azalan “Nvidia Corp”un səhmləri olub. “Bloomberg Billionaires Index” reytinqinə görə, onun baş icraçı direktoru Censen Huan 20,1 milyard dollar və ya sərvətinin 20 faizini itirib ki, bu da milyarderlər arasında ən böyük paydır.

“Oracle Corp”un həmtəsisçisi Larri Ellison ən çox maliyyə vəsaiti itirənlər siyahısında ikincidir - 22,6 milyard dollar və ya sərvətinin təxminən 12 faizi. “Dell Inc” şirkətin icraçı direktoru Maykl Dell sərvətinin 13 milyard dollarını, “Binance”dən Çjao Çanpen isə 12,1 milyard dollarını itirib.

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq bir gün ərzində 4,3 milyard dollar varlanıb, “Amazon.com Inc”in rəhbəri Ceff Bezosun pulu 632 milyon dollar məbləğində artıb.

Bütövlükdə, “Bloomberg Billionaires Index”də itkilərin 85 faizini və ya təxminən 94 milyard dollarını texnoloji resurslar təşkil edib.

Çin startapı “DeepSeek” 2023-cü ildən süni intellekt modellərini inkişaf etdirir, lakin şirkət yalnız həftə sonu “DeepSeek R1” chat-botunun dünyanın bir çox ölkəsində ən çox yüklənən proqramlar siyahısında birinci yeri tutması ilə şöhrət qazanıb. Şirkət onun inkişafına cəmi 6 milyon dollar xərclədiyini və bunun investorları təəccübləndirdiyini bildirib. O, həmçinin dünyanın aparıcı İT şirkətlərinin oxşar inkişaflara milyardlarla dollarlıq investisiyalar tələb etməsini şübhə altına aldığını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri