Icma.az
close
up
RU
Dehlidə baş verən terror hadisəsi ilə bağlı bir nəfər həbs edilib

Dehlidə baş verən terror hadisəsi ilə bağlı bir nəfər həbs edilib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hindistan Dehlidə baş verən avtomobil partlayışı ilə bağlı Kəşmir sakininı həbs edib.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hindistanın federal anti-terror agentliyi bazar günü bildirdi ki, ötən həftə Dehlidə avtomobilin partlaması nəticəsində səkkiz nəfərin həlak olduğu, ən azı 20 nəfərin yaralandığı hadisədə avtomobili sürən şəxslə əlbir olmaqda ittiham edilən Kəşmir sakini həbs edilib.

Milli İstintaq Agentliyi Amir Rəşid Alinin Dehlidə həbs olunduğunu və hücumda istifadə olunan avtomobilin onun adına qeydiyyatda olduğunu bildirib. Agentlik Aliyi, Cənubi Kəşmirin Pulvama rayonundan olan, intiharçı-bombaçı olduğu iddia edilən Umar Un Nabi ilə sövdələşməkdə ittiham edib.

Agentliyin məlumatına görə, Ali partlayış üçün istifadə olunan avtomobilin alınmasına kömək etmək məqsədilə Dehliyə gəlib və həmin nəqliyyat vasitəsi “partlayışı törətmək üçün avtomobilə quraşdırılmış improvizə edilmiş partlayıcı qurğu” kimi istifadə olunub.

Agentlik həmçinin Nabiliyə məxsus digər bir avtomobili də ekspertiza üçün müsadirə etdiyini açıqlayıb. İndiyədək partlayışda xəsarət alanlar da daxil olmaqla 73 şahid dindirilib.

Ötən həftə Hindistan hökuməti avtomobil partlayışını “terror hadisəsi” kimi qiymətləndirdiyini bildirmiş və cinayəti törədənlərin tez bir zamanda ədalət qarşısına çıxarılacağına söz vermişdi.

Dehlinin tarixi Qırmızı Qalanın yaxınlığında baş verən partlayış 2011-ci ildən bəri ciddi mühafizə olunan şəhərdə ilk belə hadisə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Noyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see271

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see221

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see215

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see209

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see206

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see204

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see204

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see202

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see200

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see198

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see193

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see193

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see191

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see190

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri