Icma.az
close
up
RU
Dəhliz bu şərtlə açılır: Yoxlanış belə olacaq

Dəhliz bu şərtlə açılır: Yoxlanış belə olacaq

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rəsmi Bakı regional kommunikasiya xəttlərinin açılmasında maraqlıdır. Əsas tələb odur ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizində heç bir yoxlamadan keçmədən ölkənin digər hissəsinə gedə bilsin. Erməni tərəfi isə uzun müddət burada yoxlamanın olması ilə bağlı israrlı davranırdı. İndi isə ortaq mexanizmin tapılması gündəmə gəlib. Eyni zamanda fiziki təmas olmadan Azərbaycan vətəndaşlarının burada keçməsi ilə bağlı təkliflər eşidilir".

Bu sözləri Teleqraf.com-a politoloq Elxan Şahinoğlu deyib.

“Texnologiya əsrində Azərbaycan vətəndaşının pasportuna baxmadan da kamera görüntüsü və əvvəlcədən bilgi verməklə bu məsələ həll oluna bilər. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı irəliləyişin olması mümkündür. Kazanda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri də bu məsələni müzakirə etmişdi”, - deyə o əlavə edib.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizi və sərhədlərlə bağlı danışıqlar uzun müddət davam edə bilər:

“Azərbaycan sülh məsələsində də tələsmir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Ona görə də sülh Ermənistana daha çox lazımdır. Paşinyan daha tələsik addımlar atmalıdır. Parlamentdə, cəmiyyətdə dəstəyi varsa addım atsın. Bir müddət sonra bu imkanları itirə bilər. Radikal qüvvələr Ermənistanda hakimiyyətə gəlsələr sülh danışıqları dalana dirənəcək. Azərbaycan da bu halda sülh sazişini imzalamaqda maraqlı olmayacaq”.

Elxan Şahinoğluna görə, Zəngəzur dəhlizi açılmasa belə, Azərbaycan üçün başqa alternativlər var:

“Bakı-Tbilisi-Qars dəmir yolu, İranla razılaşma əldə edilib ki, Araz çayının sahili ilə Naxçıvana gediş-gəliş mümkün olsun. Ona görə də sülh sazişinin imzalanmaması Azərbaycan heç bir problem yarada bilməz. Sadəcə olaraq ara-sıra sərhəddə gərginlik yarana bilər. Atəşkəsin pozulması hallarının olması qaçılmazdır. Bir neçə aydır ki, sərhəddə heç bir təxribat baş vermir. Amma bu əbədiyyətə qədər davam edə bilməz. Sülh sazişi imzalansa bütün məsələlər həll olunacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Harvardda proqram keçib, 4 dil bilir Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası

28 Sentyabr 2026 21:08see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Ronaldu gənc azarkeşini sevindirdi

28 Sentyabr 2026 23:10see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri