Icma.az
close
up
RU
Dəhliz bu şərtlərlə açılır: Bakı və İrəvan birbaşa razılaşdı KONKRET

Dəhliz bu şərtlərlə açılır: Bakı və İrəvan birbaşa razılaşdı KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının onuncu görüşü keçirilib. Növbəti təmasın olması tərəflərin sərhədin digər hissələrinə aid delimitasiyanın aparılmasında maraqlı olduğunu göstərir. Bundan öncə Qazax-Tavuş istiqamətində sərhədin müəyyən bir hissəsində delimitasiya baş tutub. Sərhədin böyük ərazini əhatə etdiyi nəzərə alınsa, bu istiqamətlərdə də məsələlər nəzərə alınmalıdır.

KONKRET.az xəbər verir ki, bunu teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.

“Sərhədin ayrı-ayrı hissələrinə aid müəyyən fikir ayrılıqları var. Bunun fonunda sərhədlərlə bağlı aparılan ardıcıl iş hər iki paytaxtda bununla bağlı siyasi iradənin olduğunu göstərir. Tərəflər qarşıya çıxan problemləri iki ölkə prinsipi ilə həll etmək niyyətindədir”, – deyə o əlavə edib.

Siyasi şərhçiyə görə, Azərbaycan-Ermənistan sərhədi bütövlükdə eyni prosesin tərkib hissəsi kimi də həll olunmaya bilər:

“Sərhədin digər hissələrində ayrı-ayrı ərazilərə uyğun yanaşmaların tətbiq olunması mümkündür. Kommunikasiya xətlərinin açılması da Bakı və İrəvanın gündəliyindədir. İkitərəfli formatda kommunikasiya xətlərinin açılması haqqında düşüncələr var. Sərhəd Komissiyalarının sonuncu görüşündə də bu məsələ müzakirə olunub”.

Asif Nərimanlı kommunikasiya xətləri ilə bağlı tərəflər arasında fikir ayrılığına diqqət çəkib:

“Azərbaycan haqlı olaraq Zəngəzur dəhlizinin açılmasını istəyir. Ermənistan isə suverenlik prinsipindən çıxış edir. İrəvan həmçinin kommunikasiya xətlərinin 10 noyabr 2020-ci il razılaşmasına uyğun açılmasının tərəfdarı deyil. Bu da erməni tərəfinin dəhlizin Rusiyanın nəzarətində açılmasına olan münasibətini ifadə edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri