Dəhşətli idi, cavab olmalıdır! Rusiyaya xəbərdarlıq
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiya Silahlı Qüvvələrinin Kiyev də daxil olmaqla Ukrayna ərazisinə endirdiyi zərbə cavabsız qala bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.
“Biz dünən gecəki hadisəni dəhşət içində bir daha izlədik . Bu, nəticəsiz qala bilməz”, – o bildirib.
Bununla belə, nazir təfərrüatlara varmayıb. Onun sözlərinə görə, Almaniya hər hansı cavabın mümkünlüyünü nəzərdən keçirir və hərəkətlər Avropa İttifaqı ilə razılaşdırılacaq.
Bundan əvvəl Ukrayna mediası Kiyev və onun ətraflarında hədəflərə hücumlar barədə məlumat yayıb. Paytaxt meri Vitali Kliçkonun məlumatına görə, Darnitski, Dniprovski, Şevçenkivski, Svyatoşinski, Solomyanski və Desnyanski rayonlarında yanğınlar baş verib. Borispol və Vasilkovda da partlayışlar qeydə alınıb.
Əliyar Xəlil
Globalinfo.az

