Icma.az
close
up
RU
Dəhşətli İSTİLƏR gəlir Həyəcan TƏBİLİ

Dəhşətli İSTİLƏR gəlir Həyəcan TƏBİLİ

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal temperaturun daha da yüksəlməsinə səbəb ola biləcək yeni “El Nino” mərhələsinin yaxın həftələrdə başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verur ki, Dünya Meteorologiya Təşkilatının məlumatına görə, “El Nino” 2026-cı ilin qalan hissəsində güclənərək dünya üzrə daha ekstremal hava hadisələrinə yol aça bilər.

Milli meteorologiya xidmətlərinin proqnozları isə prosesin “super El Nino” səviyyəsinə çatacağını göstərir.

Alimlər “El Nino”nun dəqiq vaxtını və intensivliyini müəyyənləşdirmək üçün Sakit okeandakı temperatur dəyişikliklərini izləyirlər. Son aylarda mərkəzi Sakit okeanda və Cənubi Amerika sahillərində suyun temperaturunda qeyri-adi artım qeydə alınıb.

Aprel ayından etibarən əsas monitorinq zonalarında istiləşmənin davam etməsi “El Nino”nun yaxınlaşdığını daha da aydın göstərib.

Böyük Britaniya Meteorologiya Xidmətinin mütəxəssisi professor Adam Skayf bildirib ki, alimlər rekord qıra biləcək güclü təbii hadisənin yaxınlaşdığına, demək olar ki, əmindirlər.

Qeyd edək ki, Sakit okeanda dəniz səthinin temperaturu uzun müddət ərzində normadan yarım dərəcədən çox yüksəldikdə “El Nino” hadisəsi baş verir. Temperatur artımı iki dərəcəni keçdikdə isə bu vəziyyət “çox güclü” və ya “super El Nino” kimi qiymətləndirilir.

1950-ci ildən bəri belə hadisələr yalnız bir neçə dəfə qeydə alınıb. Mövcud proqnozlar yeni “El Nino”nun əvvəlki rekordlarla müqayisə oluna biləcəyini, hətta onları üstələyə biləcəyini göstərir.

Peyklər və okeanoqrafik müşahidələr Sakit okeanın yüzlərlə metr dərinliyində şərq istiqamətində hərəkət edən nəhəng istilik dalğasının formalaşdığını göstərir. Bəzi ərazilərdə temperatur normadan 6 dərəcəyə qədər yüksəkdir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) mütəxəssisi Mişel L'Örö bildirib ki, bu cür dərin okean istiliyi sonradan səth sularını və atmosferi qızdıraraq qlobal hava sistemlərinə ciddi təsir göstərir.

Bildirilir ki, güclü “El Nino” Cənubi Amerika, Cənub-Şərqi Asiya və Avstraliyanın bəzi bölgələrində quraqlıq və meşə yanğınları riskini artıracaq.

Bununla yanaşı, Hindistanda musson yağışlarını zəiflədə, Afrika Buynuzunda quraqlığa səbəb ola və ABŞ-nin cənub bölgələrində daşqın riskini yüksəldə bilər.

Keçmiş “El Nino” hadisələri kənd təsərrüfatında böyük itkilərə, ərzaq qiymətlərinin bahalaşmasına və qlobal iqtisadiyyatda yüz milyardlarla dollarlıq zərərlərə səbəb olub.

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, “El Nino” artıq iqlim dəyişikliyinin təsiri altında olan planetdə istiləşməni daha da sürətləndirəcək.

ABŞ-nin “Berkeley Earth” təşkilatının iqlimşünası Zek Hausfater isə hesab edir ki, 2027-ci il müşahidə tarixinin ən isti ili ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyun 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri