Icma.az
close
up
RU
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycanda müasir baytarlıq təbabəti üzrə peşəkar kadr hazırlığı və heyvan sağlamlığının qorunması istiqamətində yeni təhsil modelləri tətbiq olunur. Xəzər Universitetinin Türkiyənin “Hasvet” şirkəti ilə əməkdaşlığı əsasında yaradılmış HASVET Baytarlıq təbabəti fakültəsi də bu istiqamətdə fəaliyyət göstərir. Fakültənin dekanı Çiçək Əliyeva AZƏRTAC-a müsahibəsində baytar həkimlərinin zoonoz xəstəliklərin qarşısının alınmasında rolu və bu sahədə kadr hazırlığı məsələləri ilə bağlı məlumat verib. Müsahibəni təqdim edirik.

- Fakültənin yaradılmasında əsas məqsəd nədir və onun digər baytarlıq fakültələrindən fərqi nədir?

- HASVET Baytarlıq təbabəti fakültəsi otən il Xəzər Universiteti ilə Türkiyənin “Hasvet” şirkəti arasında imzalanmış müqavilə əsasında təsis edilib. Kampusumuz geniş auditoriyalara, müasir laboratoriyalara və klinik imkanlara malikdir. Bu fakültənin yaradılması ölkəmizdə müasir baytarlıq təbabəti təhsilinin inkişaf etdirilməsinə, eyni zamanda, dövlətimizin kənd təsərrüfatına, heyvandarlığa və ərzaq təhlükəsizliyinə yönəlmiş siyasətinə dəstək baxımından mühüm addımlardan biridir və akademik töhfə kimi qiymətləndirilməlidir.

HASVET Baytarlıq təbabəti fakültəsinin digər fakültələrdən fərqi ondadır ki, bu qurum Azərbaycanda ilk olaraq akademik fəaliyyət göstərən bir təhsil müəssisəsi ilə sənaye sahəsində praktiki biliklərə sahib böyük bir şirkətin işbirliyi nəticəsində formalaşıb. Eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi kimi yaradılmış yeni tədris modelinin və təhsil proqramının inteqrasiyasını təcəssüm etdirir. Fakültəmizi fərqləndirən əsas amil akademiya ilə sənaye inteqrasiyasını özündə birləşdirən müasir təhsil modelinin tətbiqidir.

- Son illərdə heyvan xəstəliklərinin, xüsusilə zoonoz xəstəliklərinin qarşısının alınmasında baytar həkimlərinin rolu necə dəyişib?

- Günümüzdə baytar həkimlərinin cəmiyyətdəki məsuliyyəti və funksiyaları daha da artıb. Buna təsir edən əsas amillərdən biri Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı son statistik məlumatlardır. Hazırda insanlar arasında yayılan xəstəliklərin 65 faizindən çoxu məhz zoonoz xəstəliklərin payına düşür.

Zoonoz xəstəliklər heyvanlardan heyvanlara və heyvanlardan insanlara keçmə xüsusiyyətinə malikdir. Bu səbəbdən “Vahid sağlamlıq” konsepsiyasını göz önünə gətirərək demək olar ki, baytar həkimlərinin insan sağlamlığının qorunmasındakı rolunun önəmi bir daha sübut olunur. Bu da baytar həkimlərinin məsuliyyətini artıraraq qida təhlükəsizliyinin və ictimai səhiyyənin qorunmasında, eləcə də ətraf mühit və heyvanların sağlamlığının təmin edilməsində onları əsas ixtisas sahiblərinə çevirmişdir.

- Baytarlıq sahəsində kadr hazırlığı ilə bağlı hansı problemlər var və fakültənizdə bu məsələ necə həll olunur?

- Fakültə üzrə ən çox rastlaşdığımız problem hazırda ölkə miqyasında da gündəmdə olan kadr potensialının çatışmazlığıdır. Məhz baytarlıq ixtisası üzrə pedaqoji kadrların azlığı tədris sistemində müəyyən çətinliklər yaradır.

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına və müasir peşəkar kadr hazırlığına göstərdiyi diqqət bizi daha da məsuliyyətli olmağa yönəldir. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alıb ölkəyə qayıdan gənc mütəxəssislərimizi tədris prosesinə cəlb edərək bu kadr problemini qısa zamanda aradan qaldırmağa çalışırıq.

Müxbir – Xatirə Cəfərova

Fotoqraf – Azər İbrahimov

Videooperator – Şövqi Əzizov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see174

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see152

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see145

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see145

Cənubi Qafqazda “Putin Yolu” layihəsi

29 Sentyabr 2026 11:52see144

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see143

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see143

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see143

Bakıda 3 böyük obyekt hərraca çıxarılır

29 Sentyabr 2026 12:06see142

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see141

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see141

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see140

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see140

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see140

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see140

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see137

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see128

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see128

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see128

Zidan 16 illik Fransa rekorduna imza atdı

29 Sentyabr 2026 12:09see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri