Icma.az
close
up
RU
Dekan: Məqsədimiz topladığımız təcrübəni dizaynla maraqlanan şəxslərlə paylaşmaqdır

Dekan: Məqsədimiz topladığımız təcrübəni dizaynla maraqlanan şəxslərlə paylaşmaqdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Bir il əvvəl bizim 25 illiklə bağlı sərgimiz olub. Artıq 26 ildir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil edilən “Dizayn həftəsi” mühüm tədbirdir. Məqsədimiz əldə etdiyimiz nailiyyətləri, topladığımız təcrübəni dizaynla maraqlanan şəxslərlə paylaşmaq, onlarla fikir mübadiləsi aparmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov jurnalistlərə müsahibəsində söyləyib.

Dekan bildirib ki, sərgidə universitetin üç kafedrasının nailiyyətləri təqdim edilir.

“İkinci gün ustad dərsləri olacaq. Fakültəmizin müəllimlərinin müəyyən mövzular əsasında ustad dərslərinin keçirilməsi nəzərdə tutulur. Üçüncü gün fakültəmizdə cədvəl üzrə keçirilən bütün dərslər açıq elan ediləcək.

Dördüncü gün panel çıxışlar olacaq. Panel çıxışlarda təhsildə süni intellektdən istifadə mövzusuna aid fikir mübadiləsi nəzərdə tutmuşuq. Dizayn sahəsində fəaliyyət göstərən tanınmış şəxslər müəllimlərlə birgə mövzu ətrafında fikir mübadiləsi aparacaqlar. Beşinci gün tədbirin yekunudur. Qonaqlar qarşısında dizayn təhsili, tədrisi, universitetdə onun yaradılması, inkişaf etməsi barədə məlumat veriləcək. Sonra tələbələrin seçilmiş əsərləri ilə bağlı simvolik hərrac nəzərdə tutulur. Burada isə əsas məqsəd həmin əsərlərə olan marağı bir qədər fərqli formatda çatdırmaqdır”, - deyə dekan Fərid Kərimov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri