Icma.az
close
up
RU
Dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans iştirakçıları birgə bəyanat səsləndiriblər

Dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans iştirakçıları birgə bəyanat səsləndiriblər

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Nyu-York, 25 sentyabr, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində yerləşən mənzil-qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans iştirakçıları yekunda birgə bəyanat səsləndiriblər.

AZƏRTAC-ın məlumatına görə, bəyanatda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Baş Assambleyanın 1960-cı il 14 dekabr tarixli 1514 (XV) saylı “Müstəmləkə ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında” qətnaməsinin bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu təsbit etdiyi və müstəmləkəçiliyin bütün təzahürlərinin dərhal və qeyd-şərtsiz aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Həmçinin bir ərazinin tam özünüidarəyə nail olub-olmadığını müəyyən edən prinsipləri əks etdirən 1541 (XV) saylı qətnamə və dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıqla bağlı beynəlxalq hüquq prinsiplərini təsbit edən 2625 (XXV) saylı qətnamə bir daha xatırladılıb.

“Kanaki (Yeni Kaledoniya) 1986-cı ildən BMT tərəfindən özünü idarə etməyən ərazi kimi tanınıb və bununla da Fransa dekolonizasiya prosesini tamamlamaq üçün beynəlxalq öhdəlik götürüb. 1853-cü ildən etibarən xarici işğala qarşı davamlı müqavimət göstərmiş, fransız müstəmləkəçiliyi dövründə torpaqlarından məhrum edilmiş, ağır repressiyalara məruz qalmış Kanak xalqının mübarizəsinin qurbanlarını yad edirik.

1984-cü ildə müstəqillik qazanmaq üçün yaradılmış Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) həlledici mərhələdə olduğunu və BMT-nin dəfələrlə bu mübarizənin legitimliyini təsdiqlədiyini vurğulayırıq”, - deyə bəyanatda bildirilir.

2025-ci ilin iyulunda imzalanmış Bujival razılaşması “sabitlik çərçivəsi” kimi təqdim edilsə də, əslində, öz müqəddəratını təyinetmə hüququnun açıq şəkildə pozulması, Fransanın hərbi, iqtisadi və strateji hökmranlığını davam etdirməyə hesablanmış siyasi rekolonizasiya aləti olduğu bildirilib.

“Biz, “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: Rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfransın iştirakçıları olaraq, Bujival razılaşmasını qətiyyətlə qeyri-legitim hesab edirik. Onun BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə zidd hesab edərək bəyan edirik ki, razılaşma əvvəlki öhdəlikləri pozur, asılılığı möhkəmləndirir və Kanak xalqının ayrılmaz hüququ olan müstəqilliyini boğmağa yönəlmiş məqsədyönlü şəkildə atılan addımdır. Biz Kanak xalqının öz siyasi statusunu azad şəkildə müəyyən etmək və xarici müdaxilə olmadan iqtisadi, sosial və mədəni inkişafını realizə etmək hüququnu bir daha təsdiq edirik.

Biz BMT-ni, Dekolonizasiya üzrə Xüsusi Komitəsini və bütün üzv dövlətləri Fransanın Kanakinin dekolonizasiya prosesinə mane olmasını qınamağa, Kanakinin tam və qeyd-şərtsiz müstəqilliyini təmin etmək üçün səyləri gücləndirməyə çağırırıq”, - deyə qeyd olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 06:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri