Icma.az
close
up
RU
Mahmud Kaşğarlıya həsr olunmuş beynəlxalq konfrans keçirilib

Mahmud Kaşğarlıya həsr olunmuş beynəlxalq konfrans keçirilib

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Odlar Yurdu Universitetində  ADPU Türkoloji Mərkəz, Mahmud Kaşğarlı adına Beynəlxalq Fond, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD-ın təşkilatçılığı ilə “Mahmud Kaşğarlı: 2-ci beynəlxalq elm, mədəniyyət və təhsil konfransı” keçirildi.

Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsərinin 950 illiyi münasibətilə təşkil edilən beynəlxalq mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Beynəlxalq konfrans türk dünyasının birliyi, qarşılıqlı əlaqələri və mədəni irsə verilən böyük diqqəti nümayiş etdirən əlamətdar bir tədbir oldu. Bu konfrans yalnız Kaşğarlının həyatını və irsini araşdırmağa olan marağı göstərməklə qalmadı, həm də Türk xalqlarının ümumi tarixinin, mədəniyyətinin və dil birliyinin önəmini bir daha vurğuladı.

Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun rəhbəri, millət vəkili  Cavanşir Feyziyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, İKSAD-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Əlvan Cəfərov və digər çıxışçılar qeyd etdilər ki,  Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsəri yalnız dilçilik və etimologiya baxımından deyil, həm də türkdilli xalqların sosial və mədəni həyatını öyrənmək üçün vacib bir mənbədir. Kaşğarlının bu əsəri türk dilinin müxtəlif dialektlərini, onların fərqliliklərini və oxşarlıqlarını təqdim etməklə yanaşı, türk xalqlarının mədəniyyətini, tarixini və coğrafiyasını əks etdirir. Bu baxımdan əsərin 950 illiyi münasibətilə keçirilən beynəlxalq konfrans türk dünyasının dil və mədəniyyətinə olan marağı daha da artırır və bu irsin tədqiqinə yeni bir impuls verir.

Beynəlxalq mərasimdə ADPU Türkoloji Mərkəzin nəşri “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnal da təqdim olundu. Jurnalı ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın təsisiçiliyi və baş redaktorluğu ilə nəşr edilir və 2 sayı işıq üzü görüb.

Rəsmi hissədən sonra konfrans bölmələrdə işini davam etdirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri