Dələduzluqla biznesmenlərə 5 milyon dollar atan Zəfərin atasından AÇIQLAMA
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir neçə iş adamına qarşı külli miqdarda dələduzluq edən Zəfər Quliyevin atası Bayram Quliyev məsələyə münasibət bildirib.
"Unikal"a açıqlama verən Bayram Quliyev oğlunun harada gizləndiyindən xəbəri olmadığını deyib:
"Oğlumun harada olduğu barədə məlumatım yoxdur. O, başqa yerdə yaşayır. Zəfərlə münasibətlərimiz korlanıb. Yoldaşı və qızı ilə əlaqə saxlayır. Məncə 5 milyon dollar məsələsini çox böyütmək lazım deyil. Ortaya çıxandan sonra götürdüyü pulları gətirib borc sahiblərinə qaytaracaq".
Qeyd edək ki, Zəfər Bayram oğlu Quliyev Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamından 5 milyon dollar pulu dələduzluq yolu ilə ələ keçirib. Məlumata görə, o, icra başçılarından birinin dayısı oğludur.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 May 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















