Icma.az
close
up
RU
Dəlilər cığır açar, ağıllılar onu yola çevirər

Dəlilər cığır açar, ağıllılar onu yola çevirər

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Yol çığırsız  başlamır, yol – ilk addımı atanla başlayır

Uşaqlığım Sədərəkdə keçib. Arxası dağlara söykənən evimiz kəndimizə baxırdı. O illər müharibənin qızğın vaxtlarıydı. Hələ milli ordu yaranmamışdı, amma kənd səngərlərsiz deyildi. Ermənistan tərəfi ilə sərhəddəki səngərləri bizim kəndin öz kişiləri, öz döyüşçüləri qoruyurdu. Atam, əmim, qohumlarımız... Kimdə  köhnə ov tüfəngi vardısa, kimdə bir ov bıçağı, hamı yığılmışdı. Keşik çəkirdilər. Gecə-gündüz.

Biz uşaqlar isə arxa cəbhəydik. Kiminin əlində su qabı, kiminin torbasında çörək, bəzən də patron. Gecə-gündüz bir neçə dəfə dağa çıxırdıq. Ayaqlarımız daşa-kəsəyə dəyə-dəyə, dodaqlarımız təpiyərək. Amma qorxmurduq. Qorxu yox idi bizdə. Sadəcə bir duyğu vardı – çatdırmaq.

Dağın başına gedən bir neçə cığır vardı. Amma bir gün görürdün ki, biri özünə başqa bir yol tapıb. Daha qısa, daha sərt, bəlkə də daha təhlükəli bir yol. Biz uşaqlar bəzən bir-birimizə baxıb soruşurduq: “Bu yolu kim açıb?”. Sonra elə olurdu ki, hamımız o yeni cığırla gedirdik. Hər kəs öz açdığı cığırı “öz yolu” adlandırırdı. Vaxt keçdikcə hansı izlə daha çox adam gedirdisə, o cığır bərkiyirdi. Və bir gün yol olurdu.

O vaxtlar anlamırdım. İndi başa düşürəm – bu bir həqiqətdir. Yol əvvəlcədən olmur. Yol – addımla başlayır. Onu açan biri olur. O biri isə onu qoruyur.

Son illərdə bu barədə çox düşünürəm. Və  Çölçülərdən eşitdiyim  bir  deyim yadımdan çıxmır: “Dəlilər cığır açar, ağıllılar onu yola çevirər”.

Tarixdə belə insanlar çox olub. Onların adını əvvəlcə heç kəs ciddiyə almırdı. “O nə danışır axı?”, “bu fikir işə yaramaz”, “dəli-zad deyil ki?” deyirdilər. Amma zaman keçdikcə həmin insanların addımları izə çevrilirdi. O izlərlə başqaları da getməyə başlayırdı.

Fateh Sultan Mehmed haqqında nə qədər danışılıb. Amma gəlin açıq deyək – gəmiləri quru torpaqla dağdan aşırıb dənizə salmaq hər adamın ağlına gələcək şey deyildi. Onun o qərarına bəziləri istehza ilə baxdı, bəziləri qorxdu. Amma o çəkindimi? Yox. Çünki bilirdi ki, bəzən qələbə mövcud yolla gəlmir. Yeni yol açmaq lazımdır.

Çingiz Xan da tayfa başçısıydı. Onun məqsədi sadəcə torpaq almaq deyildi. O nizam yaratdı. Qanun yazdı. Ticarət yollarını qorudu. Bir çoxlarına görə dağıdıcı idi. Amma biz baxsaq görərik ki, o bir sistem qurdu. Öz qaydasını saldı. Cığır açdı, arxası gəldi.

Hannibal Alp dağlarını fillərlə aşdı. Bu nə deməkdir? Ən sərt dağ keçidlərini aşmaq, donmuş torpaqlardan keçmək, qar, çovğun demədən irəliləmək. Çünki qarşı tərəfə çatmağın başqa yolu yox idi. “Yol yoxdursa, demək açılmalıdır” – bu, bir insanın içindəki həqiqi inamın səsidir.

Tomris Xatunu da unutmaq olmaz. O bir ana idi, bir sərkərdə idi, bir xalqın qürur simvolu idi. Qohumları öldürülmüşdü. O geri çəkilmədi. Öz cığırını açdı. O cığır – bir qadının haqq uğrunda çəkdiyi iz – bu gün də yaddaşımızdadır.

Mən bunları sadalamaqla tarix dərsi keçmirəm. Sadəcə demək istəyirəm ki, yaşam bir dağdır. Kimi keçilmiş yolla çıxır, kimi yeni cığır açır. Amma həmişə birisi olur ki, o “birinci addımı” atır. O addım çox vaxt başa düşülmür, bəzən ələ salınır, bəzən lağa qoyulur.

Amma sonra o addım yol olur, dəyərə çevrilir.

Əgər sənin içində bir duyğu yanırsa, əgər bir söz səni rahat buraxmırsa, bir düşüncə qapını döyürsə – bəlkə də sən o “dəli”sən. O cığır açan.

Qorxma. Aç. Get. Amma unutma – sonra sənin  arxanca  yolundan keçəcək insanlar var. Ona görə də cığır açarkən vicdanınla, sevginlə, xalqına  sayğınla  addımla.

Yol çığırsız  başlamır, yol – ilk addımı atanla başlayır.

Sonra isə o yol başqalarının yaşam biçimini dəyişir və dəyərə çevrilir.

Müəllif: Eltən Törəçi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri