Icma.az
close
up
RU
Dəliyə yel ver, əlinə bel ver: Tramp bizi ağ günə ÇIXARACAQ? Rəfi Müslümov yazır Yeni Çağ Media

Dəliyə yel ver, əlinə bel ver: Tramp bizi ağ günə ÇIXARACAQ? Rəfi Müslümov yazır Yeni Çağ Media

Icma.az bildirir, Yenicag portalına istinadən.

Bütün dünya Donald Trampın ABŞ-nin 47-ci prezidenti olmasından sonra onun planetdə uzunmüddətli sülhü təmin edəcəyinə saf şəkildə inanır. Mən isə bu məsələdə bir az fərqli yanaşıram. ABŞ ziddiyyətlər ölkəsidir. ABŞ dünyanı baş-ayaq edən, imperiya ambisiyaları üçün əlindən gələni ardına qoymayan, kiçik ölkələrdə böyük fəlakətlər törədən bir dövlətdir.

Bir az tarixə ekskurs edək: Yer planeti XX əsrdə iki böyük dünya savaşı görüb. Hər iki savaşdan da ABŞ külli miqdarda vəsait qazanıb. Hələ İkinci Dünya savaşından sonra yaranmış siyasi nizam ABŞ-nin əlinə o qədər oynayıb ki, “Marşall” planını Qərbi Avropa başda olmaqla bir çox müharibədən əziyyət çəkən ölkələrdə həyata keçirib. Doğrudur, bu gün Qərbi Avropa, Cənubi Koreya və ABŞ-nin müttəfiqi olan bəzi dövlətlərdəki həyat standartları çox yaxşı olsa da, bütün bunlar bu ölkələrin Amerikanın boyunduruğunda olması reallığını dəyişdirmir.

İndi isə gələk Donald Con Trampa. Adam 2016-2021-ci illərdə ABŞ-yə rəhbərlik edəndə məgər dünyada sakitlik idi? İranı daha çox sıxışdıran, Yaxın Şərqdə hərbi toqquşmalar yaradan, eləcə də Çinə qaşrı amansız sanksiyalar həyata keçirən məgər Tramp deyildi? Keçənə güzəşt deyərlər, çünki Bayden və demokratlar da bu 4 ildə normal bir əməli ilə yadda qalmadılar. Ukrayna savaşı, İsrailin Qəzzada törətdiyi fəlakətlər, pandemiya, Tayvanın qızışdırılması və ən nəhayət Rusiyanın “arxa bağçası” olan Cənubi Qafqaza müdaxilələr də məhz Baydenin dövründə olub.

Amerikanı 1776-cı ildə quranlar Böyük Britaniyadan Şimali Amerika qitəsinə sürgün edilmiş soyğunçu, quldur, başkəsən və digər cinayətkar şəxslər olub. Bu ölkənin mümkün təməlləri də məhz bu şəxslərin əli ilə atılıbsa, indi Birləşmiş Ştatların dünyada sülhü bərqərar edəcəyinə hansı biriniz safcasına inana bilərsiniz? Tramp və onun ətrafında olan multimilyarderlərin, sözsüz ki, 4 illik planları mövcuddur. İlon Mask, Cef Bezos, Mark Zukerberq kimi milyarderlərin ümumi məbləği 1 trilyon dollara yaxındır. Bunların başında duran şəxs isə İlon Maskdır. Mask ilk gündən Trampa arxa-dayaq duraraq, onun özünə yel, əlinə bel verdi ki, get. Tramp bəs nə etdi? Arxasına bütün gücləri alaraq qlobalistləri tamamilə məğlub edib yeni dünya nizamını məhz özünün yazacağını bəyan etdi.

Mənə elə gəlir ki, istər Tramp, istərasə də qeyri-Tramp olsun, ABŞ bir dövlət olaraq siyasi xəttini çoxdan cızır və bu xətlə də irəliləyir. Bu gün ABŞ-nin, başda Tramp hakimiyyətinin əsas məqsədi nəyin bahasına olursa olsun, Rusiyanı məhv edib parçalamaqdır. Çayxana politikası stilində desək, “hamısının başında Amerika dayanır” ifadəsi, əslində, heç də yalan deyil. Çünki post-Putin dövrünün Rusiya üçün ağır keçəcəyi bəllidir. Qərb mətbuatı Aleksey Dumini onun varisi saysa da, hesab edirəm ki, Dumin kimi istədiyini qoparan siyasətçi belə Putin qədər sərt ritorika ilə Rusiyanı idarə edə bilməyəcək. İndi Tramp və ondan sonra gələcəklərin də planı Rusiyanı loru dildə desək, böyrü üstə qoyub param-parça etməkdir.

Uzun sözün qısası, bəzi politoloqlarımız və çayxana siyasətçilərinin durub Trampı tərifləməsi məni həqiqətən də cırnadır. Bir şeyi anlamalıyıq ki, bu adamdan nəinki Azərbaycana, heç dünyaya da xeyir gəlməyəcək. O dəfə dediyim kimi, Tramp nə isə edəcək, amma bu “nə isə”lər çox pis olacaq. Demədi deməyin…

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 23 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri