Icma.az
close
up
RU
“DELTA TELEKOM a HWCUMDA RUSİYA İZİ Onlardan qaynaqlanması istisna deyil...”

“DELTA TELEKOM a HWCUMDA RUSİYA İZİ Onlardan qaynaqlanması istisna deyil...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycan internetində bu gün qısa müddətli problemlər yaşandı. İstifadəçilər internet bağlantısında və onlayn resurslara çıxışda çətinliklərlə üzləşdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu problemlərin ölkənin əsas internet magistral operatorlarından biri olan Delta Telekom-a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində baş verdiyini açıqlayıb.

Nazirlik bildirir ki, hücum zamanı trafik dərhal digər backbone operatorlara – "Azertelecom" və "Aztelecom" şəbəkələrinə yönləndirilib və internet xidmətlərinin davamlılığı təmin olunub.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələyə münasibət bildirərək qeyd edib ki, bir neçə backbone operatorunun mövcudluğu bu kimi hallarda kritik önəm daşıyır: “Azərbaycanda bir neçə magistral provayderin olması bu cür hücumlar zamanı itkilərin minimuma endirilməsinə və xidmətlərin bərpasına şərait yaradır. Bu, həm rəqabətin, həm də alternativlərin nə qədər vacib olduğunu bir daha göstərdi".

Osman Gündüz bildirib ki, hücumun arxasında kimin dayandığı hələlik rəsmi şəkildə açıqlanmasa da, mövcud siyasi kontekstə baxdıqda Rusiyadan qaynaqlanma ehtimalı nəzərdən qaçırılmamalıdır: “Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı gücləndirir. Rusiya dövlətlərarası münasibətlərdə kiberhücumlardan aktiv istifadə edən ölkələr sırasındadır. Xatırladaq ki, Rusiya daha əvvəl Ukraynada yerləşən SOCAR strukturlarına qarşı da bir neçə dəfə kiberhücumlar həyata keçirib".

Ekspert qeyd edir ki, Azərbaycanın internet trafikinin hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunması, ölkəni müəyyən risklər qarşısında qoyur. Bu səbəbdən kritik infrastrukturun təhlükəsizliyi və rəqəmsal suverenlik məsələləri dövlət üçün strateji prioritetlərdən biri olmalıdır.

Gündüz əlavə edib ki, bu kimi hadisələr Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində alternativ marşrutlara və trafikin diversifikasiyasına nə qədər ehtiyac duyduğunu göstərir: “Transxəzər fiber-optik layihəsi kimi təşəbbüslər, eləcə də müstəqil çıxış kanallarının yaradılması, Azərbaycanın rəqəmsal suverenliyi və informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır".

Osman Gündüz şərhini bu fikirlə tamamlayıb: “Kommunikasiyalar alternativləri sevir. Tək bir mərkəzdən asılı olmaq həm texniki, həm də siyasi riskləri artırır. Ona görə də, bu sahədə alternativlərin inkişafı prioritet olmalıdır".

Rasim Əliyev

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Avqust 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see378

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see223

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see202

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see195

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see174

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see172

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see162

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see162

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see147

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see146

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see145

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see143

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see140

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri