Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Demək olar ki, bu oyunda hər şey var idi: intriqa, dram... Valdas Dambrauskas

Demək olar ki, bu oyunda hər şey var idi: intriqa, dram... Valdas Dambrauskas

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

"Sabah" Misli premyer-liqasının 22-ci turunda "Qarabağ"la heç-heçə etdi - 3:3.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Oyundan öncə məşqçilər heyəti ilə danışarkən deyirdik ki, matç 3:3, 5:5 hesabıyla bitə bilər. Əfsuslar olsun ki, hesabda 3:0 öndə olsaq da, bu üstünlüyü sona qədər qoruyub-saxlaya bilmədik. Düzdü,, bizə çətin idi. Burda "Qarabağ"ın təcrübəsi öz rolunu oynadı. Son 20 dəqiqə ərzində meydanda onların təcrübəsi danışdı. Çox üzgünük. yolunu tapıb sona qədər üstünlüyü saxlamaq lazım idi. Amma təəssüf ki, bunu edə bilmədik. Bu, bizim üçün yaxşı dərsdi, nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Bu mənada, belə vəziyyətə düşdükdə, artıq daha hazırlıqlı olmalıyıq, düzgün oynamalıyıq. Hər iki komandanı bugünkü oyuna görə təbrik edirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, rəqib son 20 dəqiqədə gözəl geridönüş edərək, hesabı bərabərləşdirdi. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənlərə görə də çox üzgünəm. Hələ də tribunada 20 minə yaxın boş yer var idi. Bəzən bu cür oyunlar Çempionlar Liqası matçlarından daha maraqlı, daha gərgin alınır. Demək olar ki, bu oyunda hər şey var idi: intriqa, dram...
- İki xal itirdiz, yoxsa bir xal qazandız?
- Oyundan qabaq soruşsaydız, fərqli cavab verərdim. Amma hesab 3:0 olduqdan sonra güzgüyə baxırıq və görürük ki, məyusuq. Biz xalları itirdik. "Qarabağ"ı gözəl geridönüşü reallaşdırdığı üçün təbrik etdim. Bu oyundan nəticələr çıxarmalıyıq. Ümid edirəm ki, bir daha belə səhvlər olmayacaq.
- Köməkçilərinizdən biri Azərbaycan futbolunun əfsanələrindən sayılan Müşfiq Hüseynova qarşı qeyri-etik hərəkət etdi. Onu cəzalandırmağı düşünürsüz?
- Biz üzr istədik. Sözün açığı, o anı görməmişdim. Çünki meydançaya köklənmişdim. Bir də gördüm ki, hər iki komandanın ehtiyat oyunçular skamyasında olanlar ayağa qalxıb və orda nəsə baş verib. "Sabah" olaraq biz heç vaxt bu cür məsələlərə tolerans göstərmirik. Bizim üçün hörmət çox önəmlidi. Feyr-pley qaydalarının hamısına riayət edirik.
- Çempionluq uğrunda mübarizə aparan komanda 12 dəqiqəyə 3 qol buraxdı. Bunun səbəbini necə izah edə bilərsiz?
- Artıq bunu başa saldım. Köklənə bilmədik, təcrübə və rəqib...
- Hesabı açan futbolçunun - Xəyal Əliyevin fasilədə əvəzlənməsi nə ilə əlaqədar idi?
- Məcburi əvəzetmə idi. Sağlamlığı ilə bağlı idi. Hətta dünən onun bu gün start heyətində meydana çıxması belə sual altında idi. Onun əvəzinə çıxan Coy-Lens Mikels 45 dəqiqə oynadı. Onun üçün risk idi. Çünki zədəsini yeni sağaldıb.
- Son dəqiqələrdə baş hakimin qərarlarına iradlarınızı bildirirdiz. Sizcə, hakim idarəçiliyi necə idi?
- Hər nə desəm də, bunun önəmi yoxdu. Çünki Hakimlər Komitəsinin sədri var və onların səhvlərindən məsuldu. Hər birimiz insanıq. Səmimi şəkildə ümid edirəm ki, istəyərəkdən səhv olmayıb, hər kəs səhv edə bilər. Bundan artıq şərh demək istəmirəm. Çünki matç da artıq başa çatıb. Öz oyunçularımı təhlil etməliyəm. Mənim onların səhvində məsuliyyətim var, hakimlərin səhvlərində də Hakimlər Komitəsinin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Mart 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri