Dəməşq və Hələb aeroportları fəaliyyətini bərpa etdi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 8-dən etibarən bağlı olan Suriyanın Dəməşq və Hələb şəhərlərinin hava limanlarının fəaliyyəti təyyarələrin qəbulu və yola salınması üçün hələlik yalnız xüsusi icazələrlə bərpa edilib.
"Cebheinfo.az" xəbər verir ki, Hələb hava limanı noyabrın 28-də, Dəməşq hava limanı isə dekabrın 8-də Əsədin ölkəni tərk etdiyi gün uçuşlar üçün bağlanıb.
Suriyada stüardessalar tərəfindən yayılan NOTAM mesajlarına görə, hava limanlarının fəaliyyəti təyyarələrin qəbulu və yola salınması üçün hələlik yalnız xüsusi icazələrlə bərpa edilib.
Mesajda “Mülki aviasiya qurumunun xüsusi icazələri çərçivəsində həyata keçirilən uçuşlar istisna olmaqla, hava limanına və hava limanından bütün uçuşlar dayandırılıb” deyilir.
Məhdudiyyət müddəti 12 dekabr saat 20:00-dan dekabrın 18-i saat 15:00-a qədərdir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















