Icma.az
close
up
RU
Dəməşqdə qazanıb, Tiflisdə və İrəvanda itirməyəcəyinə inanırıq Zahid Oruc

Dəməşqdə qazanıb, Tiflisdə və İrəvanda itirməyəcəyinə inanırıq Zahid Oruc

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Beynəlxalq siyasi gündəliyi izləyərkən bir-birini sürətlə əvəzləyən qlobal toqquşmaların coğrafiyasının genişləndiyini, dünyanın yenidən bölüşdürülməsinin həlledici mərhələyə daxil olduğunu görürük. 3 ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsində ortamənzilli strateji silahların işə salındığı bir vaxtda Qəzzadan Livana, daha sonra Suriyaya yayılan savaş, nəhayət hakimiyyət dəyişikliyinə səbəb oldu".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Deputatın çıxışının tamamını təqdim edirik:

"Qonşu Gürcüstanda parlament seçkilərindən sonra hakimiyyəti zorla dəyişmək istəyən Qərb dövlətləri küçə və meydan döyüşlərindən sonra silahlı toqquşmalara zəmin hazırlayır. Son günlər NATO baş katibi Rutte gürcü hakimiyyətini ordunun müdaxiləsi ilə şantaj etdi. ABŞ, Avropa Birliyi "qızılgül inqilabı"ndan sonra Gürcüstana sahiblik üçün xərclədikləri 20 milyard dolların hesabını tələb edir, hakimiyyətin bütün qollarındakı təsir agentlərini üsyana, siyasi itaətsizliyə qaldırırlar.

Bəli, Gürcüstanda gedən geosiyasi mübarizə yalnız bir ölkə deyil, Qafqazların ələ keçirilməsi uğrundadır. Unutmayaq ki, xarici ticarətimizin 14 milyard dollardan çoxu Tiflis üzərindən aparılır. Bakı-Supsadan Cənub Qaz dəhlizinə qədər strateji layihələri, 300 mindən çox azərbaycanlıların taleyini, 4 milyard dollardan çox sərmayəmizi, Türkiyə-Gürcüstan-Azərbaycan üçlüyünü nəzərə aldıqda geosiyasi döyüşlərin Bakı və Ankaranın birgə maraqlarına zərbə vurduğunu demək olar.

Göründüyü kimi, Qarabağ Zəfəri ilə təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirən Azərbaycanın əhatə olunduğu regionda qeyri-sabitlikdir, vətəndaş toqquşmaları və silahlı qarşıdurmalardır. Xalqımız uzun illər geosiyasi müharibələrdən əziyyət çəkdiyi üçün qazandığı tarixi qələbənin, Böyük Qayıdışın və Yeni Vətən quruculuğunun qədrini bilir. Yerləşdiyimiz  bölgədə təhlükələrdən qorunmağın yalnız bir alternativsiz yolu var.

Azərbaycan Prezidenti İlham Əliyev beynəlmiləl toqquşmaların poliqonuna çevrilməmək üçün ölkəmizi nə Qərbin, nə də qonşuların forpostuna çevirib, Brüssel və ya Strasburqdan, yaxud şimal və cənubdan gələn birtərəfli əmrlərdən qorunan müstəqil dövlət qurub, hakmiyyəti zorla dəyişmək planlarını iflasa uğradıb.

Dəməşqdən sonra başqa ərəb dövlətlərində də Türkiyəyönümlü hakimiyyətlər qurula bilər. Lakin Yaxın Şərqdə qalib gəlib Cənubi Qafqazı əldən vermək olmaz. 

Xalqın iradəsi ilə Suriyada rejimi dəyişməyə beynəlxalq hüquq çərçivəsində kömək edən qardaş ölkə üsyanın ilk olaraq, başlandığı türkmanların-azərbaycanlıların yaşadığı Hələbdə olduğu kimi, Gürcüstanda da yüz minlərlə soydaşımızın mənafelərinin qorunmasında Azərbaycan lideri İlham Əliyevin strategiyası ilə hərəkət edəcəyinə, Dəməşqdə qazanıb, Tiflisdə və İrəvanda itirməyəcəyinə inanırıq. Suriyanın bütövlüyünü təmin etmək mümkün olsa, Azərbaycan və Türkiyənin yardımı ilə türkmanlar dövlət idarəçiliyinin bütün qollarında təmsil olunmalıdır.

Daha sonra Zəngəzur dəhlizinin açılması, Naxçıvanın Bakı ilə quru yollarla birləşməsi Gürcüstan və Ermənistanı türk dünyasına qarşı çevirmək planlarına zərbə vuracaq, Türkiyə və Azərbaycanın Yaxın Şərqdən Cənubi Qafqaza qədər böyük regionda növbəti qələbəsi olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see187

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri