Dəməşqdən Moskvaya son 1,5 ildən çox müddətdə ilk sərnişin reysi həyata keçirilib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Dəməşqdən Moskvaya 1,5 ildən çox müddətdə ilk sərnişin reysi həyata keçirilib. Syrian Airlines aviaşirkətinə məxsus təyyarə Moskvanın Şeremetyevo hava limanına enib.
Bu, Rusiya və Suriya paytaxtları arasında birbaşa hava əlaqəsinin bərpasından sonra ilk reys olub. Birbaşa uçuşlar Suriyada hakimiyyət dəyişikliyi və Bəşər Əsəd rejiminin süqutu fonunda 2024-cü ilin dekabrında dayandırılmışdı.
Syrian Airlines şirkətinin məlumatına görə, reysdəki yerlərin böyük hissəsi satılıb. Uçuş təxminən 4 saat 40 dəqiqə davam edir.
Aviaşirkət reysləri bazar günləri həyata keçirməyi planlaşdırır. Tələbatın davamlı olması halında uçuşların tezliyinin artırılması da nəzərdən keçirilir.
XQ
Bu mövzuda digər xəbərlər:Dəməşqdən Moskvaya sürpriz tələb: Geri qayıdın!
12 Avqust 2025 16:45
Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir
12 Fevral 2025 20:11
Dəməşqdən Moskvaya uçuşlar bərpa olundu yeni mərhələ başlayır
17 Avqust 2026 10:50
Dəməşqdən Moskvaya “uçan” tonlarla pul və Bəşərin Kremlə borcu
16 Dekabr 2024 21:52
Dəməşqdən Moskvaya illərlə milyonlarla dollarla dolu təyyarələr uçub Beynəlxalq ərəbdilli nəşr
09 Yanvar 2025 17:47
Baxış sayı:142
Bu xəbər 16 Avqust 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















