Deməzdim ki, Çinə ancaq pul qazanmaq üçün gedir Bəhlul Mustafazadənin atası
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mətbuatda məlumatlar yayılmışdı ki, Çempionlar Liqasında “Ayntraxt”la oyundan sonra “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Qurban Qurbanova yaxınlaşaraq komandadan ayrılmaq istədiyini bildirib.
Klub da təkzib etmir ki, 28 yaşlı müdafiəçiyə Çindən təklif var. Bəhlul da getmək istəyir. Lakin “Qarabağ” rəhbərliyi və Qurban Qurbanov “Liverpul”la oyundan sonra getməyinə razılıq vermişdi. Məsələni dəqiqləşdirmək üçün Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayevlə əlaqə saxladıq, vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışdıq:
“Səmimi deyim, bu məsələlərlə bağlı məlumatım yoxdu. Bəhlulla hələ ki, danışmamışam. Mən deməzdim ki, Çinə ancaq pul qazanmaq üçün gedir. Hər futbolçu legioner həyatı yaşamaq istəyir, fərqli məkanda oynamaq arzusunda olur. Düzdü, burda pul da rol oynayır, amma əsas məsələ pul deyil. Başqa ölkələrdən təkliflər barədə məlumatım yoxdu. Bildiyim ancaq Çindi”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Yanvar 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















